Ajda Pekkanın Mimiksiz Görüntüsü Gündəm Oldu
Karyerası, səhnə enerjisi, fiziki quruluşu və şəxsi həyatı ilə daim diqqət mərkəzində olmağı bacaran müğənni, bu dəfə son görünüşü ilə gündəmə gəlib.
“@alacatimuhtari” adlı İnstaqram hesabında yayımlanan videoda, bu yaxınlarda Çeşmədə konsert verən sənətçinin mahnı oxuyarkən üzündə demək olar ki, heç bir mimik hərəkətin olmaması diqqət çəkib.
79 yaşlı ifaçının üzündəki mimiksizlik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər onun həddindən artıq kosmetik müdaxilələr və dolğu etdirmiş ola biləcəyi barədə şərhlər yazıblar. Bu vəziyyət, müğənninin üz ifadələrinin süni görünməsinə gətirib çıxarıb.
Sənətçinin Botoksla Bağlı Əvvəlki Açıqlamaları
Pekkan daha əvvəl verdiyi bir açıqlamada “Aldığım müsbət enerji üzümə əks olunur. Başqa heç nə yoxdur. Ehtiyacım olsa, yenə estetik əməliyyat etdirərəm. Bunu gizlədəcək bir durum da yoxdur. Sadəcə, hər 3-4 aydan bir göz altlarıma və dodaq ətrafıma botoks etdirirəm” demişdi.
Müğənninin bu səmimi etirafı, indiki görüntüsü ilə əlaqədar yaranan müzakirələri daha da qızışdırıb. Kosmetika vasitələri və estetik müdaxilələr, sənətçilərin imici üçün tez-tez müraciət etdiyi üsullardan biridir.
Leave a Reply to Emin Muradov Cancel reply