Pop ifaçısı Demet Akalın, reper Sefo ilə birgə ifa etdiyi “Yerinde Dur” mahnısı ilə hit-paradların zirvəsində yer aldıqdan sonra, TRT-yə müraciət edərək bu əsərlə Eurovision Mahnı Müsabiqəsinə qatıla biləcəklərini irəli sürüb. Akalın bu barədə belə deyib: “Məncə, Eurovision‘a ‘Yerinde Dur’la qatılmalıyıq, düşünün bir…”
Türkiyə bu müsabiqəyə sonuncu dəfə 2012-ci ildə Can Bonomo ilə qatılmış və yeddinci yeri tutmuşdu.
Uğurlarını Davam Etdirir
Demet Akalın bu yaxınlarda verdiyi bir müsahibədə “Yerinde Dur” mahnısının əldə etdiyi uğurdan böyük məmnunluq duyduğunu bildirib. O qeyd edib: “Çox xoşbəxtəm və qürurluyam. Gözəl bir əməkdaşlıqla mahnımız yaya damğasını vurdu. Həm ölkəmizdə, həm də dünya hit-paradlarında yüksək pillələrdə yer aldı. Bu, böyük bir nailiyyətdir. Hələ də rekordlar qırmağa davam edir. Bu səbəbdən də xoşbəxtlik sərxoşluğundayıq, deyə bilərəm.”
Akalın, “Türkiyənin Eurovision‘a yenidən qatılmaq qərarına gəldiyi təqdirdə, belə bir platformada çıxış etmək istərdinizmi?” sualına isə belə cavab verib: “Düşünmərəm, yaxud qatılmaram demirəm. Seçəcəyimiz mahnı türk dilində olsa, niyə də olmasın, deyə bilərəm.”
Rauf Əhmədli üçün bir cavab yazın Cavabı ləğv et