Arda Turanın komandası Ukraynada xal itirdi
Arda Turan-ın baş məşqçisi olduğu Şaxtyor Donetsk komandası Ukrayna Premyer Liqasının ikinci turunda səfərdə Karpatı Lviv ilə qarşılaşıb. Gərgin keçən oyun 3-3 hesabı ilə başa çatıb.
Arda Turan hakimlə mübahisə etdi
Oyunun 28-ci dəqiqəsində baş hakim Mıkola Balakin Şaxtyorun oyunçusu Azaroviyə sarı vərəqə göstərib. Bu qərara etiraz edən Arda Turan, kənarda emosiyalarını cilovlaya bilməyib. Hakim Balakin, Arda Turan-ın etirazını “həddindən artıq” hesab edərək ona sarı vərəqə göstərib. Bildirilir ki, həmin anlarda Arda Turan dördüncü hakimə ingilis dilində “Ağzını yum” deyib.
Şaxtyor Donetsk xal itkisi ilə üzləşdi
Ukrayna Liqasında iki oyunda bir qələbə və bir heç-heçə edən Şaxtyor Donetsk xallarının sayını 4-ə çatdırıb. Arda Turan-ın komandası hücumda yaxşı təsir bağışlasa da, müdafiədə diqqətini toplamaqda çətinlik çəkib. Komanda 90+1-ci dəqiqədə qol buraxaraq qələbəni əldən verib.

Leave a Reply to Könül Raufova Cancel reply