Karina Whyte üzünün sol tərəfinin qısa müddətdə sallanmağa başlamasından sonra allergik reaksiya keçirdiyini zənn edib. Lakin xəstəxanaya getdikdə üz iflici keçirdiyi gerçəyi ilə üz-üzə qalıb. Avqustun 8-də qızı Makkenzi Whyte’ı dünyaya gətirən Karina, yaşadığı çətinlikləri belə izah edib:
“Oyandım və özümü çox yaxşı hiss edirdim. Bir fincan çay alıb divana keçdim, körpəmi əmizdirirdim. Dodaqlarımın kənarı keyiməyə başladı. Əvvəlcə allergiya olduğunu düşündüm, lakin bir saat ərzində üzümün yarısı sallandı. Məhz o an üz iflici keçirdiyimi anladım.”
Həkimlərin müayinəsi nəticəsində Karinaya Bell Palsi diaqnozu qoyulub. Müalicə üçün beş günlük steroid kursu tətbiq edilib.
Gözünü Bantlayaraq Yatan Gənc Ana
Gənc ana, hazırda yatarkən sol gözünü bantlamağa məcbur olur. Bundan əlavə, maye içərkən dodaqlarını sıxaraq içir. Whyte, bu yeni vəziyyətini belə yekunlaşdırır:
“Ana olmaq onsuz da çətindir. Bir tərəfdən yeriməyə başlayan övladıma, bir tərəfdən də yenidoğulmuş körpəmə baxıram. İlk həftələr evdən çıxa bilmədim. Ağrılarım var idi, üzümdə daim təzyiq hiss edirdim. İndi ağrım keçib, lakin su içərkən damcılatmamaq üçün dodaqlarımı sıxmağım lazım gəlir. Danışığım da pəltəkləşib.”
Karina Whyte, bütün çətinliklərə rəğmən, müalicəsini təxirə salmır və tam sağalacağına inamı sarsılmazdır:
“Körpələrim üçün güclü olmaq məcburiyyətindəyəm. Gözümü bantlayaraq yatsam da, heç vaxt təslim olmayacağam.”

Leave a Reply to Zaur Şahbazli Cancel reply