Fransa nəhəngi PSJ yeni qapıçı transfer etdi, Donnarumma üçün ayrılıq zəngləri çalınır!
PSJ Lucas Chevalier ilə gücləndi
Fransa Liqa 1 təmsilçilərindən PSJ, “Lill”dən 23 yaşlı fransız qapıçı Lucas Chevalieri transfer edib. Fransız klubundan verilən açıqlamada “Paris Saint-Germain, Lucas Chevalieri heyətinə qatdığını elan etməkdən məmnunluq duyur” ifadəsi yer alıb. PSJ-də 30 nömrəli formanı geyəcək 23 yaşlı fransız qapıçı, son UEFA Çempionlar Liqası çempionu ilə 2030-cu ilə qədər davam edəcək 5 illik müqavilə imzalayıb.
Donnarummanın gələcəyi sual altında
PSJ-nin bu transferi “Qalatasaray”ı da yaxından maraqlandırır. Məlum olduğu kimi, qapıçı axtarışlarını davam etdirən sarı-qırmızılıların siyahısında Gianluigi Donnarumma da var idi. PSJ-nin bu transferindən sonra italyan qapıçı Gianluigi Donnarummanın gələcəyi ilə bağlı da gözlənilməz bir hadisə baş verib. Belə ki, Chevalierin transferindən sonra Donnarummanın klubdan ayrılacağı iddia olunur. Paris Saint-Germainin, Donnarummanın pulsuz ayrılmasının qarşısını almaq üçün 26 yaşlı qolkiperi bu yay əldən çıxaracağı bildirilib.
“Qalatasaray”dan Donnarumma üçün yeni cəhd
Qısa müddət ərzində qapıçı transferini yekunlaşdırmaq istəyən sarı-qırmızılılar Donnarumma üçün bir daha PSJ-nin qapısını döyəcək.

Leave a Reply to Lalə Rəhimova Cancel reply