Rollarında Ulaş Tuna Astepe, Devrim Özkan, Sevil Tunca, Begüm Çıtak, Levent Ülgen, Serkan Tınmaz kimi tanınmış simaların yer aldığı, NOW TV-də yayımlanan “Çift Kişilik Oda” üçün final qərarı verilmişdi.
Ən son 6-cı bölümü ilə tamaşaçı qarşısına çıxan serialın 8-ci bölümü ilə ekran macərasına son qoyacağı gözlənilirdi. Lakin 7-ci bölüm iki dəfə təxirə salındı və bu həftəki yayımlanma cədvəlində də yer almadı.
Serialın yeni bölümünün Səudiyyə Ərəbistanında yayımlanması qısa zamanda böyük narazılıqlara səbəb oldu. Tamaşaçılar “Serial bizim üçün deyil, əcnəbilər üçün çəkilir” kimi sərt fikirlərini bildirdilər.

“ÇİFT KİŞİLİK ODA”NIN SÜJET XƏTTİ
Ssenarisi Ayşe Üner Kutluya məxsus olan bu dram, valideynlərini kiçik yaşda itirən Nilüferin həyatını əsas götürür. Devrim Özkanın canlandırdığı Nilüfer, valideynlərinin tikdirdiyi oteldə işləmək arzusundadır. Otelin varislərindən olan Kaan isə ögey bacısı Sevildən intiqam almaq məqsədilə otelə qayıdır. Hekayə Nilüfer və Kaanın bir araya gəliş məqsədləri tamamilə fərqli olsa da, onların birlikdə necə dəyişəcəyi üzərində cəmləşir. Bu süjet xətti tamaşaçıları yeni hadisələrlə tanış edəcək.

Leave a Reply to Sadiq Nuriyev Cancel reply