Ulduz futbolçunun transferində gözlənilməz əngəl
“İnter” klubunun ulduz futbolçusu Hakan Çalhanoğlunun “Fənərbaxça”ya keçidi rəsmiləşməyə yaxın ikən, “Qalatasaray” azarkeşlərinin etirazı transferə mane oldu. Belə ki, Hakan Çalhanoğlunun “Fənərbaxça”ya transferi rəsmən dayandırıldı.
“Fənərbaxça”dan cavab zərbəsi: Qapıçı transferində sensasiya
“Fənərbaxça” rəhbərliyi Hakan Çalhanoğlunun transferinin əngəllənməsinə cavab olaraq, “Qalatasaray”ın razılaşdığı iddia edilən 31 yaşlı braziliyalı qapıçı Ederson üçün hərəkətə keçib. Belə ki, “Fənərbaxça”, Edersonu transfer etməklə rəqibinə əhəmiyyətli zərbə vurmağı planlaşdırır.
Edersondan Ronalduya “yox” cavabı
Məlumata görə, Mançester Siti üçün hansı klubun təklif etməsi fərq etmir. Belə ki, 10 milyon funt sterlinq təklif edən klub, müqaviləsinə 1 il qalan Edersonun transfer hüququnu əldə edəcək. Qapıçının hansı kluba keçəcəyinə isə özü qərar verəcək. Braziliyalı qolkiper Kristiano Ronaldunun klubu olan “Əl Nəsr”in həftəlik 900 min funt sterlinqlik təklifini rədd edib.
Mourinyodan Edersona “Fənərbaxça”ya gəl” çağırışı
Joze Mourinyonun Arçi Braunu “Milan”ın əlindən almaq üçün istifadə etdiyi inandırma qabiliyyəti yüksək qiymətləndirilir. Portuqaliyalı mütəxəssis bu dəfə də Ederson üçün hərəkətə keçərək, braziliyalı qolkiper ilə internet üzərindən görüşüb və ona “Fənərbaxça”ya gəlməyi təklif edib. Mourinyo, Edersonu transfer etməklə həm yaxşı bir qapıçı qazanmaq, həm də “Qalatasaray”dan Hakan Çalhanoğlunun intiqamını almaq niyyətindədir.
Leave a Reply to Lətifə Fərzəliyeva Cancel reply