Fənərbaxçanın heyətinə icarə əsasında cəlb etdiyi Con Duranın son durumu ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Con Duranın zədəsi və komandadan kənarda qalması
Fənərbaxça komandasının “Əl-Nəsr”dən icarəyə götürdüyü Con Duran, Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə qarşılaşmada uğursuz bir zədə almışdı. Həmin gündən etibarən meydana çıxa bilməyən futbolçu, zədəsi səbəbindən indiyədək 6 oyunu buraxıb. MRT müayinələrinin nəticələri təmiz çıxsa da, Con Duran ağrıları davam etdiyi üçün “Nitsa” ilə matçda da heyətdə olmayacağı gözlənilir.
“Oynamaq istəmir” iddiaları
Futbol şərhçisi Sərdar Əli Çelikler, yayımlanan proqramda Con Duranın zədəsinin bitdiyini, lakin buna baxmayaraq “oynamaq istəmədiyini” bildirib. Ali Ecenin “Bildiyin bir şeymi var?” sualına “Bəli” cavabını verən Çelikler, “Oynamır adam, oynamır. Mən Mourinyo üçün gəlmişdim filan, bir şeylər danışır. Zədəliyəm dedi, nə edəcəksən? Bu mövsüm Avropanın iki dənə kaskalı var. Biri Florian Virts, digəri də Con Duran” deyə əlavə edib.
Leave a Reply to Nərgiz Cəfərova Cancel reply