Fenerbahçe Portuqaliyada məğlub oldu
Fenerbahçe komandası 2025-26 mövsümünə hazırlıq çərçivəsində Portuqaliyada təlim-məşq toplanışında son yoxlama oyununu keçirib. Oyun Fenerbahçe-nin 2-3 hesablı məğlubiyyəti ilə başa çatıb. Portuqaliya təmsilçisinin ilk qolunu Türkiyə milli komandasının oyunçusu Kərəm Aktürkoğlu vurub.
Kərəm Aktürkoğlunun qolu və hərəkəti müzakirələrə səbəb oldu
Kərəm Aktürkoğlunun 37-ci dəqiqədə vurduğu qoldan sonra etdiyi hərəkət geniş müzakirələrə səbəb olub. Qol sevincini yaşayan Kərəm Aktürkoğlu, Fenerbahçe-li oyunçuya yaxınlaşaraq “Yəqin ki, darıxmısan” deyib. Bu anlar sosial mediada böyük marağa səbəb olub.
Portuqaliya mətbuatından Kərəm Aktürkoğlu haqqında təriflər
Kərəmin oyunu Portuqaliya mətbuatında da geniş əks-səda tapıb. “A Bola” qəzeti Kərəm haqqında “Qalatasaraydan Benfikaya transfer olunan türk futbolçu, Mourinyonun Fenerbahçe-sinə qol vurdu” ifadələrini işlədib. “Noticiasa ominuto” isə “Qırmızılar, Pavlidis, Kərəm Aktürkoğlu və Enrike Araujonun Joze Mourinyolu Fenerbahçe qarşısında göstərdiyi müsbət oyun və yaxşı performansla həm azarkeşlərinə, həm də üzvlərinə özlərini göstərdilər. Növbədə Super Kubokda Sporting var” sözlərini qeyd edib.
Leave a Reply to Nigar Abbasova Cancel reply