FFC-nin Youtube kanalında gəminin içindən canlı yayımlar edilir və ani radar görüntüləri paylaşılır.
Gəminin Hərəkəti və Canlı Yayım
FFC-nin verdiyi məlumata görə, daha əvvəl eyni məqsədlə yola çıxan Madleen gəmisinə İsrailin müdaxilə etdiyi nöqtəyə yaxınlaşan gəminin yerli vaxtla saat 16:00 radələrində bu nöqtəyə çatacağı gözlənilir. Qəzza zolağı istiqamətində irəliləyən gəmidən birbaşa görüntülər və real vaxt rejimində radar məlumatları izləyicilərlə bölüşülür.
Azadlıq Flotiliyası Missiyası
Handala gəmisi İtaliyanın Sirakuza Limanından iyulun 13-də yola düşüb. Lakin bəzi texniki ehtiyacların aradan qaldırılması üçün iyulun 15-dən 20-dək Gallipoli Limanında son hazırlıqlarını tamamlayıb. Daha sonra iyulun 20-də səfərə çıxan gəmidə 21 fəalın olduğu qeyd edilib. Bu missiyanın əsas məqsədi Qəzza blokadasını yarmaq və bölgəyə humanitar yardım çatdırmaqdır.
Əvvəlki Təcrübə: Madleen Gəmisi Hadisəsi
“Azadlıq Flotiliyası Koalisiyası” adlı qeyri-hökumət təşkilatının Qəzzaya yönələn ablukanı aradan qaldırıb bölgəyə yardım aparmaq məqsədilə təşkil etdiyi son missiya çərçivəsində 18 metrlik Madleen gəmisi iyunun 1-də İtaliyanın Katanya şəhərindəki San Giovanni Li Cuti Limanından yola çıxmışdı.
İsrail ordusu Qəzzaya yönələn ablukanı yarmağı hədəfləyən Madleen gəmisinə iyunun 9-u səhər saatlarında müdaxilə edərək, aralarında Avropa Parlamentinin fransız üzvü Rima Həsən, Almaniya vətəndaşı FFC Mətbuat Koordinatoru Yasəmin Acar, Türkiyədən Hüseyn Şüayb Ordu, Braziliyadan Tiaqo Avila və isveçli iqlim fəalı Qreta Tunberqin də olduğu 12 könüllünü saxlamışdı.
Könüllülər İsrailə gətirilmiş, onların 4-ü iyunun 10-u səhər ölkədən deportasiya edilmişdi. Azadlıq Flotiliyası Koalisiyası iyunun 16-da İsrailin saxladığı digər bütün insan haqları müdafiəçilərinin sərbəst buraxıldığını açıqlamışdı.

Leave a Reply to Sadiq Kazımov Cancel reply