Alanyaspor transferdə sürprizə hazırlaşır
Alanyaspor Hagi ilə anlaşdı
Süper Liqa komandalarından Alanyaspor transfer bazarında səs-küylü bir addım atmağa hazırlaşır.
Belə ki, “Qalatasaray”ın əfsanəvi rumıniyalı ulduzu Georghe Haginin oğlu Ianis Hagi, “Karagümrük” və İspaniya təmsilçisi “Elche”dən gələn təklifləri üstələyən Alanyaspor ilə razılığa gəlib.
Alanyaspor heyətini gücləndirir
Türkiyənin cənub bölgəsini təmsil edən Alanyaspor, Şotlandiyanın “Glasgow Rangers” komandasından ayrılan 26 yaşlı oyunçu ilə şəxsi müqavilə imzalayıb.
Rumıniyalı yarımmüdafiəçi “Rangers”də keçirdiyi 130 oyunda 20 qol və 28 asistlə yadda qalıb. Ötən mövsüm isə Şotlandiya klubunda 32 matçda 5 qol və 7 asistlik performans göstərib. Rumıniya Milli Komandasında 47 dəfə forma geyinən təcrübəli oyunçu, 6 qola imza atıb. İtaliyada “Fiorentina” və Belçikada “Genk” kimi klublarda da çıxış edən Hagi, sağ cinahda da oynamaq bacarığına malikdir.
Leave a Reply to Cəmil Fərmanli Cancel reply