Mateo Retegui Səudiyyə Ərəbistanına Transfer Olundu
İtaliya çempionatının bombardiri ərəb dünyasına üz tutdu
Ötən mövsüm İtaliya A Seriyasında qol kralı olan Mateo Retegui yeni mövsmdən karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Səudiyyə Ərəbistanı Liqası təmsilçilərindən olan “Əl-Qadsiah” klubu Mateo Retegui ilə 3 illik müqavilə imzaladığını rəsmi olaraq açıqlayıb.
Mateo Retegui-nin möhtəşəm performansı
26 yaşlı hücumçu ötən mövsüm “Atalanta”nın heyətində İtaliya A Seriyası, UEFA Çempionlar Liqası, İtaliya Kuboku və UEFA Super Kuboku da daxil olmaqla ümumilikdə 49 oyunda forma geyinib. O, bu matçlarda 28 qol vurmaqla yanaşı, 9 qolun da ötürməsini verib. Mateo Retegui liqada isə 25 qol vuraraq mövsümü qol kralı kimi başa vurub.

Leave a Reply to Anar Bağırov Cancel reply