Kayserispor baş məşqçisi ilə yollarını ayırdı
Türkiyə Super Liqası komandalarından Kayserispor, baş məşqçi Markus Gisdol ilə müqaviləyə xitam verib.
Nurettin Açıqalının açıqlaması
Klub prezidenti Nurettin Açıqalın verdiyi açıqlamada, Markus Gisdol ilə yolların ayrıldığını bildirib. Açıqalın alman məşqçiyə təşəkkür edərək, yeni baş məşqçi ilə bağlı işlərin davam etdiyini qeyd edib. Prezident Açıqalın yeni baş məşqçinin komandanın sabah Antalyada başlayacaq təlim-məşq toplanışına qatılacağını bildirib.
Markus Gisdolun Kayserispordakı nəticələri
Markus Gisdolun rəhbərliyi altında Kayserispor liqada çıxdığı 8 oyunda 5 heç-heçə və 3 məğlubiyyətlə cəmi 5 xal toplayıb. Sarı-qırmızılı komanda bu oyunlarda 5 dəfə rəqib qapısına yol tapa bilsə də, öz qapısından 17 qol buraxıb.
Məryəm Vəliyeva üçün bir cavab yazın Cavabı ləğv et