Fənərbaxçaya keçidi gündəmdə olan Kərəm Aktürkoğludan diqqət çəkən addım gəlib.
Kərəm Aktürkoğlunun profilindəki dəyişiklik
Hazırda Benfikada çıxış edən və uzun müddətdir ki, adı sarı-lacivərdlilərlə hallanan Türkiyə milli komandasının oyunçusu, “Discord” tətbiqindəki “Aslan” temalı profilini silib. Bu addım sosial mediada həm Qalatasaray, həm də Fənərbaxça azarkeşləri tərəfindən rəy yağışına tutulub.
Okan Burukla Kərəm Aktürkoğlu arasında yaşananlar
Qalatasarayın baş məşqçisi Okan Buruk və Aktürkoğlu son olaraq “Instagram”da qarşılıqlı olaraq bir-birlərini izləmədən çıxıblar.
Transfer məsələsi
Lissabon klubunun baş məşqçisi Bruno Lage, Kərəm Aktürkoğlunun satışına razılıq verib. Sarı-lacivərdli komanda Kərəm üçün Benfikaya 25 milyon avro təklif etməyə hazırdır. Portuqaliya klubu da bu təklifi cəlbedici hesab etsə də, son qərarını hələ verməyib. Məlumata görə, Benfika klubu Kərəmin satışı üçün həftə içi oynanılacaq ön eleme matçlarının nəticələrini gözləyir.
Leave a Reply to Xədicə Raufova Cancel reply