Rusiya XİN başçısı Sergey Lavrov BMT tribunasından səsləndi
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, XİN başçısı Sergey Lavrov ABŞ-ın Nyu York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası çərçivəsində G20 Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.
İclasda çıxış edən nazir, BMT-nin əhəmiyyətini vurğulayaraq bildirib ki, “BMT Nizamnaməsində yer alan prinsiplərə riayət edilməsi istisnasız olaraq bütün dövlətlərin sülhsevər və sabit inkişafının açarıdır. Nizamnamə prinsiplərinə əməl etməmək müstəmləkəçi ambisiyaların təzahürüdür. Bu, qlobal qeyri-sabitliyin artmasına və regional münaqişələrin çoxalmasına səbəb olur.”
Ukrayna və Yaxın Şərq böhranlarına diqqət
Afrika qitəsindəki böhranların uzun müddətdir həll olunmamasına diqqət çəkən Lavrov, Ukrayna böhranının da Qərb tərəfindən təhrik edildiyini vurğulayıb. O qeyd edib ki, “NATO və Avropa İttifaqı (Aİ) Ukraynanın əli ilə ölkəmə qarşı real müharibə elan edib və bu müharibəyə cəlb olunub.”
Yaxın Şərqdəki vəziyyətlə bağlı isə o deyib: “Qəzzada yaşanan görünməmiş dəhşətli humanitar fəlakət 65 min insanın həyatına son qoyub. Regionda fəaliyyət göstərən BMT əməkdaşları ölənlərin sayının on qat daha çox olduğunu təxmin edildiyini bildirir. İsrailin heç bir qonşu ölkəsi özünü təhlükəsiz hiss edə bilmir.”
G20: İqtisadi Məsələlərə Fokuslanma Çağırışı
Sergey Lavrov BMT Nizamnaməsini pozan birtərəfli sanksiyaların, tarif müharibələrinin və Dünya Ticarət Təşkilatının (DTT) normalarının pozulmasının qlobal iqtisadiyyat üçün təhlükə yaratdığını və insan həyatına mənfi təsir etdiyini qeyd edib.
BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dünyadakı rolunun artdığını dilə gətirən Rusiya XİN başçısı, bunun çoxqütblü dünya nizamının formalaşmasına gətirib çıxardığını vurğulayıb.
Nazir əlavə edib ki, G20 çərçivəsində Qlobal Cənub və Şərqin Beynəlxalq Valyuta Fondu (BVF) ilə Dünya Bankındakı rolunun artırılmasını nəzərdə tutan razılaşmaların həyata keçirilməsi vacibdir. O deyib: “G20, BMT və BMT Təhlükəsizlik Şurasının səlahiyyətləri əleyhinə hərbi-siyasi məsələlərin həlli prosesinə müdaxilə etmədən, iqtisadi məsələlərə diqqət yetirməlidir.”
Leave a Reply to Pərvin Quliyeva Cancel reply