Türkiyənin ən tanınmış simalarından biri olduğu dövrdə, 2012-ci ildə Efe Kapancı ilə ailə həyatı quran Aysun Kayacı Böyük Britaniyanın paytaxtı Londona köçmüşdü. O, 2023-cü ilin iyul ayında təkrarən Türkiyəyə gəlmişdi.
Tətil üçün Bodrumu seçən məşhur sima, Türkbükündəki öz villasının körpüsündə görüntülənib. Dostları ilə birlikdə dənizdə dincələn Kayacı, həmin vaxt körpüdə rəqs edərək əylənmişdi.
Jurnalist Hakan Kanburoğlunun son məlumatına görə, keçmiş model hazırda yenidən həmin şəhərdə istirahətdədir. Maya adlı qızı olan tanınmış maneken, ailəsi ilə birlikdə yay tətilini keçirir.
Aysun Kayacının mübahisəli ifadəsi və peşmançılığı
2008-ci ildə “Haydi gel bizimle ol” televiziya proqramında “Dağdakı çobanla mənim səsim eyni mi?” sözləri ilə gündəmə gələn Kayacı, bu açıqlamadan sonra uzun müddət səssizliyə qərq olmuşdu.
Həmin bəyanatına görə haqqında cinayət işi açılan Kayacı, sonradan üzr istəmişdi. O, 2021-ci ildə verdiyi müsahibədə “Yetər artıq, yaxamdan əl çəksinlər. O sözü dediyimdə cəmi 20 yaşım var idi. Dediyim anda da peşman oldum” deyərək keçmiş ifadəsindən təəssüf hissi keçirdiyini bildirmişdi. Qeyd edək ki, o, 2012-ci ildə investisiya məsləhətçisi Efe Kapancı ilə ailə quraraq Londona köçmüşdü.

Leave a Reply to Minayə Şabanova Cancel reply