Amerika Birləşmiş Ştatlarının İndiana ştatında yaşayan iflas hüquqşünası Mark Zuckerberg ad bənzərliyi səbəbindən həyatının kabusa çevrildiyini bildirir. Dünyaca məşhur Meta şirkətinin baş icraçı direktoru Mark Zuckerberg ilə eyni adı daşıyan hüquqşünas uzun illərdir sosial media platformalarında bloklanmalar, yanlış anlaşılmalar və hətta ölüm təhdidləri ilə mübarizə aparır.
FACEBOOK SƏHİFƏSİ DAVAMLI OLARAQ BAĞLANIR
Hüquqşünas Mark Zuckerberg peşəsini tanıtmaq üçün istifadə etdiyi kommersiya Facebook səhifəsinin son səkkiz ildə beş dəfə bağlandığını qeyd edib. O bildirib ki, Facebook onun səhifəsini Meta CEO-sunu təqlid etdiyi əsası ilə dəfələrlə deaktiv edib. Bu müddət ərzində o, 11 min dollardan çox reklam xərci çəkdiyini də vurğulayıb.
MƏN PEŞƏYƏ BAŞLAYANDA O, CƏMİ ÜÇ YAŞINDA İDİ
Zuckerberg peşə fəaliyyətinə başlayanda Meta CEO-sunun cəmi üç yaşında olduğunu xatırladaraq, ad bənzərliyinin həyatını çətinləşdirdiyini dilə gətirib. Onun 2020-ci il tarixli bir e-poçtunda isə “Daha gənc və varlı Mark Zuckerberg ilə qarşılaşsanız, salamımı ona çatdırın. O, mənə hər gün böyük çətinliklər yaradır” ifadələrini işlətdiyi üzə çıxıb.
ÖLÜM TƏHDİDLƏRİ ALIRAM
Hüquqşünas Mark Zuckerberg səhvən ona ünvanlanan telefon zəngləri və mesajlar səbəbindən tez-tez təhdidlərə məruz qaldığını bildirib. O qeyd edib ki, pul tələbləri və ölüm təhdidləri daxil olmaqla bu mesajlar artıq gəlir itkisinə səbəb olur. Bu səbəbdən, o, şəxsiyyətini sübut etmək üçün “iammarkzuckerberg.com” adlı internet saytı qurduğunu da açıqlayıb.
MƏNİ GÖRÜNCƏ TƏƏCCÜBLƏNDİLƏR
Zuckerberg, ad bənzərliyinin təkcə təhdidlərlə deyil, həm də gülməli vəziyyətlərlə nəticələndiyini bildirib. Las Veqasda çıxış etmək üçün getdiyi zaman, eskalatorların altında “Mark Zuckerberg” yazılmış lövhə tutan bir sürücü onu gözləyirdi. Məyus olan kütlə, Meta CEO-su yerinə Mark Zuckerbergi görəndə təəccübləndi” sözləri ilə yaşadıqlarını nəql edib.

Leave a Reply to Ramin Rəhimov Cancel reply