Fənərbaxça “Al İttihad”ı darmadağın etdi: Mourinyodan gözlənilməz açıqlama
Fənərbaxça 2025-26 mövsümünə hazırlıqlarını davam etdirir. Portuqaliya düşərgəsində keçirilən üçüncü yoxlama oyununda “Al İttihad”la qarşılaşan sarı-lacivərdlilər, rəqibini 4-0 hesabı ilə məğlub etdi. Fənərbaxçanın baş məşqçisi Jose Mourinyo matçdan sonra İspaniya mətbuatına danışıb. Mourinyonun açıqlamaları sosial mediada böyük marağa səbəb olub.
Mourinyo: “Reallığa uyğun olmalıyıq”
UEFA Çempionlar Liqası ilə bağlı suala cavab verən Mourinyo, “Bu, iki fərqli dünyadır… Reallığa uyğun olmalıyıq. Çempionlar Liqasına vəsiqə qazansaq, bu, maliyyə baxımından əla olardı, lakin idman baxımından Fənərbaxça Avropa Liqası komandasıdır” deyə bildirib.
Azarkeşlər iki cəbhəyə bölündü
Portuqaliyalı mütəxəssisin bu açıqlamaları sarı-lacivərdli azarkeşləri iki qrupa ayırıb. Bəzi Fənərbaxça azarkeşləri Mourinyonun bu sözlərinə əsəbiləşsələr də, bəziləri 62 yaşlı məşqçinin haqlı olduğunu düşünür.

Leave a Reply to Orxan Rəhimov Cancel reply