Ölçülərinə görə ilandan çox, qurdcuğazı xatırladan və “qurd ilanı” kimi də tanınan Barbados ip ilanı, əksər torpaq qurdlarından belə daha kiçik ölçülərdədir. Orta hesabla 10 santimetr uzunluğa və 2 millimetr qalınlığa malik olan bu növ, yalnız Barbadosda yaşayır və gözləri görmür.
CBC News-a açıqlama verən Barbados Ətraf Mühit Nazirliyinin rəsmisi Konnor Bleyts, uzun illərdən sonra baş verən bu rastlaşmadan sonra “İlan demək olar ki, 20 ildir görünmürdü. Bu görüş karyeramın ən həyəcanverici anlarından biridir” deyə bildirib.

Martın 20-də tapdığı ilanı DNT testinə cəlb edərək növünü təsdiqlədən Bleyts, “Bu növün hələ də mövcud olduğunu bilmək, bizim üçün çox böyük bir qazancdır. Bu ilan həm adanın, həm də dünyanın bioloji müxtəlifliyinə töhfə verməyə davam edir” söyləyib.
Nadir Tapıntı: Qeyri-adi İlanın Tarixi
Barbados ip ilanı, ilk dəfə elmi olaraq qeydə alındığı 1889-cu ildən bəri cəmi 5 dəfə görüntülənib. 2008-ci ildə Temple Universitetindən professor S. Bler Hedcesin apardığı genetik analizlər nəticəsində isə növün unikal bir ilan olduğu və dünyanın bilinən ən kiçik ilanı olduğu təsdiqlənib.
Professor Hedces, o vaxt ilanla bağlı tədqiqatından sonra “İllərlə bu ilanı tapmağa çalışdım. Minlərlə daşı çevirməyimə baxmayaraq, nəticə əldə edə bilmədim. Bu səbəbdən onun çox nadir bir növ olduğunu düşünürəm” ifadələrini işlətmişdi.

Leave a Reply to Təranə Hüseynli Cancel reply