Okan Buruk hakimləri sərt tənqid etdi
“Trendyol” Super Liqasının 8-ci turunda “Qalatasaray” və “Beşiktaş” komandaları arasında baş tutan və 1-1 hesabı ilə başa çatan derbi matçından sonra “Qalatasaray”ın baş məşqçisi Okan Buruk, qarşılaşmanın hakimi Yasin Kolun qərarlarını sərt şəkildə tənqid edib.
Okan Buruk açıqlamasında hakim qərarlarının qərəzli olduğunu və matçın gedişatına təsir etdiyini bildirib. O, xüsusilə ikinci hissədə baş verən bir epizoda toxunaraq, Yasin Kolun oyunu qəfil dayandırmasının anlaşılmaz olduğunu vurğulayıb. Buruk, Arda Qardaşların əvvəlki qərarları ilə Yasin Kolun bu qərarı arasında heç bir fərq olmadığını, bunun böyük bir hakim səhvi olduğunu qeyd edib. Həmçinin, oyunçu dəyişikliyi zamanı da oxşar problemlərin yaşandığını, hakimin acəmi qərarlar verdiyini iddia edib.
“Xal itkisinə görə kədərləndik”
Okan Buruk matçla bağlı fikirlərini də bölüşüb. O, oyunun gözlədiyi kimi başladığını, rəqibin topu onlara buraxdığını və əks-hücumlara üstünlük verdiyini deyib. Buruk, buraxdıqları ilk qolda müdafiənin diqqətsiz olduğunu və rəqibin hücumuna lazımi cavab vermədiyini bildirib. Həmçinin, sol cinahdan daha çox faydalanmaq istədiklərini, lakin müdafiədəki uzun topların istədikləri oyunu qurmağa mane olduğunu qeyd edib. Onun sözlərinə görə, oyunçu sayının az olmasına baxmayaraq, komanda daha üstün oyun nümayiş etdirib, daha çox şans yaradıb və vacib bir mübarizə ortaya qoyub. Buruk, bir nəfər azlıqda belə nələr edə biləcəklərini göstərdiklərini, ancaq xal itkisinə görə üzüldüklərini deyib. O, oyunçularının mübarizəsindən qürur duyduğunu və matçı qazana biləcək qədər şans yaratdıqlarını əlavə edib.
Leave a Reply to Səbinə Vəliyeva Cancel reply