Harika Avcının özünü evə qapaması, maddi vəziyyətinin pisləşməsi, heç kimlə görüşməməsi və ciddi sağlamlıq problemləri yaşaması barədə iddialar yayılıb. İncəsənət aləminin “fəlakət carçısı” kimi tanınan səs sənətçisi Onur Akay bu iddialarla bağlı keçən həftələrdə açıqlama vermişdi.
“QARACİYƏRİM BİTDİ”
Akay telefonla müğənni ilə danışdığını bildirərək demişdi: “Harika abla ‘qısa müddət sonra ölümüm elan olunacaq. Qaraciyərim tamamilə sıradan çıxıb. Həkimə də getmirəm. Mən ölməyi seçdim. Ölüm səbəbim sirrozdur. Daha əvvəl də qaraciyər xərçəngi diaqnozu qoyulmuşdu mənə. Lakin itim mən öləndən sonra yaşamağa davam edirsə, onun aqibəti nə olar, ona sahib çıx’ dedi.”
XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
Bu səhər Onur Akay sosial media hesabında Avçının xəstəxanaya aparıldığını elan etdi: “Əslində bu hadisə, səssiz bir fəryad kimidir! Harika Avcı yetərsiz qidalanma səbəbindən saat 02:50-də xəstəxanaya çatdırıldı. (Stress, iqtisadi çətinliklər, psixoloji mübarizələr və s.) Bədəni yorulmuşdu, amma ruhu həmişə güclü idi… Hazırda ona verilən serumun sehri belə işə yaramır və heç bir şeyin öhdəsindən gələ bilmir. Allah ona kömək olsun, inşallah.”

Leave a Reply to Rəna Orxanli Cancel reply