Kreml Sarayından verilən məlumata əsasən, Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Orta Şərqdəki Vəziyyətin Müzakirəsi
Görüş zamanı Orta Şərq regionundakı cari vəziyyət ətraflı şəkildə istişarə edilib. Rusiya tərəfi regionda yaranmış bütün problemlərin yalnız sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bir daha bəyan edib.
Suriya Məsələsi Vurğulandı
Prezident Putin Suriyanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünü dəstəkləməyin vacibliyini xüsusi vurğulayıb. O, ölkədəki bütün etnik və dini qrupların qanuni hüquq və maraqlarına hörmət göstərilməklə daxili siyasi sabitliyin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
İran Nüvə Proqramı Gündəmdə
Tərəflər İran ətrafındakı vəziyyətə də toxunublar. Rusiya, İranın nüvə proqramı ilə bağlı yaranmış məsələyə danışıqlar yolu ilə həll tapılması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib. Putin və Netanyahu beynəlxalq və ikitərəfli gündəmdəki məsələlər üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Leave a Reply to Emin Abdullayev Cancel reply