Rəqibini itələdi, boynu sındı! İflic riski var

Çin 1-ci Liqa təmsilçisi Quansi Pinqquonun toqolu oyunçusu Samuel Asamoah dəhşətli hadisə nəticəsində boynunu sındırıb. Klubun açıqlamasına əsasən, 31 yaşlı yarımmüdafiəçi ömürlük iflic riski ilə üz-üzədir.

Reklam lövhəsinə çırpıldı

Həftəsonu liqa matçında rəqib oyunçu Çjanq Çjisionq tərəfindən itələnən Asamoah, başı ilə əvvəlcə meydanın kənarındakı LED reklam lövhəsinə dəyib. Boyun nahiyəsində ciddi sınıqların yarandığı futbolçu dərhal xəstəxanaya çatdırılıb.

İflic riski ilə üz-üzə

Quansi Pinqquo klubu hadisədən bir gün sonra yaydığı rəsmi açıqlamada Asamoahın boyun fəqərələrində çoxsaylı sınıqlar olduğunu və sinir zədəsinin ciddi olduğunu bildirib. Açıqlamada oyunçunun “yüksək səviyyəli paraplegiya”, yəni bədənin aşağı hissəsində tam hərəkət itkisi riski daşıdığı qeyd olunub.

Əməliyyat keçirdi, vəziyyəti stabildir

Asamoahın əməliyyata alındığı və uğurlu əməliyyat keçirdiyi bildirilib. Klub vəziyyəti belə şərh edib:

“Oyunçumuzun səhhəti hazırda stabildir. Bərpa prosesi və detallar gələcək günlərdə aparılacaq müayinələrdən sonra ictimaiyyətə açıqlanacaqdır.”

Rəqibinə yalnız sarı vərəqə

Futbolçunun bu dərəcədə ağır zədə almasına səbəb olan rəqib oyunçu Çjanq Çjisionqun hakim tərəfindən yalnız sarı vərəqə ilə cəzalandırılması böyük etiraz doğurub.

Avropadan Çinə uzanan karyera

Samuel Asamoah futbol karyerasının böyük hissəsini Belçikada keçirib, 2024-cü ildə Çinə transfer olub. Toqo milli komandasında 6 dəfə forma geyən Asamoah, fiziki gücü və enerjili oyun tərzi ilə tanınırdı.

24 saat

Comments

“Rəqibini itələdi, boynu sındı! İflic riski var” üçün bir cavab

  1. Rauf Nurlu Avatar
    Rauf Nurlu

    Samuel Asamoahın başına gələn bu bədbəxt hadisə çox təəssüf doğurur. Belə bir zədənin iflic riski yaratması futbolçunun gələcəyi üçün ciddi narahatlıq yaradır. Ümid edək ki, müalicəsi uğurlu olar və o, tamamilə sağalar. Futbolda belə qəddar anlar yaşanması həmişə faciədir, lakin oyunçuların təhlükəsizliyi hər şeydən önəmlidir.

Rauf Nurlu üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir