MLS Liqa Kubokunun finalında Seattle Sounders və Inter Miami komandaları arasında baş tutan qarşılaşma qalmaqallı anlarla yadda qalıb.
Matçda Inter Miami məğlub olduqdan sonra yaşananlar
Inter Miami-nin rəqibinə 3-0 hesabı ilə uduzmasından sonra Luis Suarez və Sergio Busquets-in hərəkətləri birmənalı qarşılanmayıb.
Yumruqlar havada uçuşdu
Matçın son fitindən dərhal sonra Suarez və digər Inter Miami oyunçuları arasında mübahisə yaşanıb. Sergio Busquets, Seattle-ın meksikalı oyunçusu Obed Vargas-a yumruq zərbəsi endirib, Tomas Aviles isə Jackson Ragen-ə yumruqla hücum edib.
Daha əvvəl irqçilik və rəqib dişləmə kimi hadisələrlə gündəmə gələn Luis Suarez, Seattle Sounders-in bir əməkdaşının üzünə tüpürüb. Məlum olub ki, həmin şəxs Sounders-in təhlükəsizlik üzrə direktoru Gene Ramirez imiş.
Komandanın argentinalı ulduzu Lionel Messi insidentlərə qarışmayıb.
Cəza qaçılmazdır
Hadisələrdən sonra Suarez və Vargas əl sıxışsa da, gözlənilir ki, Suarez MLS rəhbərliyi tərəfindən ciddi şəkildə cəzalandırılacaq. Gərgin söhbətlər zamanı uruqvaylı ulduz Yeimar Gómez də daxil olmaqla, digər Seattle oyunçularına da sarılıb.

Leave a Reply to Zəhra İsmayılova Cancel reply