50 yaşlı məşhur şef Mehmet, həm televiziya karyerası, həm də sosial mediadakı aktiv paylaşımları ilə geniş heyran kütləsinə malikdir. O, bu gün etdiyi paylaşımda universitetdən məzun olan oğlunu təbrik edib.
“ARTIQ AİLƏDƏ DİPLOMSAL AŞPAZ VAR”
Instagram hesabından oğlu ilə birlikdə məzuniyyət fotosu paylaşan Mehmet Şef, duyğusal mesajında bu sözləri qeyd edib: “Bu gün qürurverici bir gündür. Aslanım, əziz oğlum Utkan Yalçınkaya Qastronomiya fakültəsindən məzun oldu. Bu, bizim üçün böyük qürurdur. Ailədə artıq diplomlu aşpazımız var. Yolun açıq olsun, övladım, yolun, bəxtin açıq olsun!”
ÖVLADLARI VƏ QASTRO İRSİ
Məşhur şef Mehmet Yalçınkayanın Sude, Emre və Utkan adlı üç övladı var. Şefin kiçik oğlu Utkanın da atasının yolu ilə gedərək qastronomiya təhsili alması, izləyiciləri tərəfindən “bayrağı təhvil aldı” kimi şərh edilib.
ATASINA BƏNZƏRLİYİ İLƏ DİQQƏT ÇƏKİB
Atasına olan bənzərliyi ilə diqqət çəkən Utkan Yalçınkaya sosial mediada da aktiv olması ilə tanınır. Məzuniyyətdən sonra peşəkar mətbəx dünyasında adından daha çox söz etdirməsi gözlənilən Utkan üçün “tam atasının gəncliyidir” şərhləri yazılıb.
Leave a Reply to Gülzar Yusifova Cancel reply