Ötən həftə “Simge Sağını mən kəşf etdim, sonra isə mənə xəyanət edib getdi” iddiasını dilə gətirən Erdem Kınay bu mövzu ilə bağlı geniş açıqlamalar verib.
Öncəki axşam Bodrumda bir məkanda səhnəyə çıxan məşhur DJ, ifasından əvvəl müxbirlərlə söhbətində bildirib ki, “Bu hadisə 12 il əvvəl baş verib. Simge Sağın o zamanlar çox gənc idi və Serdar Ortaçın vokalisti kimi fəaliyyət göstərirdi. Düşündüm ki, ‘Əgər düzgün addımlar atılsa, bu qızdan böyük bir ulduz olar’. Onunla əlaqə qurduq. Simge özünü yuxuda kimi hiss etdi, ‘Vay Erdem Kınay məni axtarır, birlikdə albom hazırlayacağıq’ deyə böyük həyəcan keçirdi. Birlikdə olduqca uğurlu bir albom ərsəyə gətirsək də, sonradan gözlənilməz və istənilməyən hadisələr baş verdi. O, daha sonra mətbuata verdiyi müsahibələrdə özünün qüsurlu davranışlarını açıq şəkildə etiraf etmiş, bu səbəbdən yaranan utanclarını dilə gətirmişdi. Biz bu məsələni o vaxtdan bağlamışdıq.”
“HƏR PİSLİKDƏ BİR XEYİR VAR”
Erdem Kınay “Peşmanlıq varmı?” sualına cavabında fəlsəfi yanaşma sərgiləyib: “Hər pislikdə bir xeyir vardır. Bəlkə də həmin anlaşılmazlıq yaşanmasaydı, bu gün Simge Sağın özünün indiki zirvəsinə çatmazdı. Mən də o qəzəblə ‘Sənətçi kaprizi ilə məşğul olmayacağam’ deyərək öz solo albomumu hazırladım. Bu hadisə mənə başqa bir yol açdı. Simge ilə yaranan mənfi haldan sonra, mən Merve Özbeyi musiqi dünyasına tanıtdım və onu məşhur etdim. Simge Sağın ilə yaşanan mənfi hal, dolayısı ilə Merve Özbeyin musiqi sənayesində parlamasına səbəb oldu.”
Leave a Reply to Aytən Fətullayeva Cancel reply