Balkanların Nostradamusu: Baba Vanqanın Yeni Kehanətləri Gündəmdə
1996-cı ildə həyatını itirən və “Balkanların Nostradamusu” kimi tanınan Baba Vanga, keçmişdə Barak Obamanın seçilməsi və 11 sentyabr hücumları kimi reallaşdığı iddia edilən proqnozları ilə tanınır. Onun yeni kehanətləri dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
“Cüt Alov” Xəbərdarlığı
Baba Vanga bu ay üçün diqqət çəkən bir ifadə işlətmişdi: “Göydən və yerdən eyni anda bir cüt alov yüksələcək”. Bu kehanətin mənası hələ də qeyri-müəyyənliyini qoruyur. Bəzi şərhçilər bu sözləri meşə yanğınları və ya vulkan püskürmələri kimi şərh edirlər. Digərləri isə bunun Yer kürəsinə çırpıla biləcək bir asteroid və ya meteoritə işarə etdiyini irəli sürürlər. Hazırda ABŞ-ın Kaliforniya ştatında və Kanadada böyük meşə yanğınları davam edir. Rusiyanın Kamçatka yarımadasında 30 iyulda baş verən 8.8 bal gücündə zəlzələdən sonra Krasheninnikov Vulkanı 600 ildən sonra ilk dəfə 3 avqustda fəallaşdı.
“Açılan Bir Daha Qapanmaz”
Kahin, başqa bir kehanətində isə bəşəriyyətin “sahib olmaq istəmədiyi bir biliyə” yaxınlaşacağını iddia etdi və “Açılan bir daha qapanmaz” dedi. Bu sözlərin mənası hələ də dəqiqləşməsə də, bir çox insan bunun biotexnologiya və ya süni intellekt sahəsində baş verəcək mühüm bir inkişafa işarə edə biləcəyini düşünür.
Siyasi Çöküş Kehanəti: “Birləşmiş Əl İkiyə Bölünəcək”
Baba Vanganın diqqət çəkən digər bir kehanəti isə belədir: “Birləşmiş əl ikiyə bölünəcək və hər biri öz yoluna gedəcək.” Bu sözlər, NATO və ya Avropa İttifaqı kimi birliklərdə yaşana biləcək ayrılıqlar, yaxud bəzi üzvlərin geri çəkilməsi kimi şərh olunur. Bəzi şərhçilər isə bu ifadəni, Avropa İttifaqı üzvü ölkələr arasında Qərb və Şərq blokları arasındakı gərginliyin artması kimi izah edirlər.
Baba Vanga, 2025-ci il üçün daha çox təbii fəlakət, Avropada əhali azalması və mümkün bir dünyadan kənar həyatla təmasla qarşılaşma kimi iddialarda da bulunmuşdu.
Baba Vanqanın Gerçəkləşən Kehanətləri
Baba Vanganın kehanətləri, müasir tarixin dönüş nöqtələrini proqnozlaşdırdığı üçün diqqət çəkir. Onun ən məşhur proqnozlarından bəziləri aşağıdakılardır:
- 11 sentyabr hücumları (2001): Vanganın 1989-cu ildə söylədiyi iddia edilən sözlər tükürpədici şəkildə 11 sentyabr hücumlarını xatırladır: “Qorxu, qorxu! Amerikalı qardaşlar polad quşlar tərəfindən vurulacaq və qan axacaq.” Bu, Dünya Ticarət Mərkəzinə çırpılan təyyarələrlə əlaqələndirildi.
- İD-in Yüksəlişi: Vanga, “ekstremistlərin” Yaxın Şərqi bürüyəcəyini və qlobal təhlükə yaradacağını proqnozlaşdırmışdı. Bu, İD-in 2010-cu illərdə ortaya çıxması ilə uyğunlaşdırıldı.
- Barak Obamanın Prezidentliyi: Vanga, ABŞ-ın 44-cü prezidentinin Afrika mənşəli olacağını söyləmişdi. Barak Obamanın 2008-ci ildə seçilməsi, bu kehanətin gerçəkləşməsi kimi qəbul edilir. Həmçinin, onun dövründə iqtisadi böhran yaşanacağını da dəqiq proqnozlaşdırdığı qeyd olunur.
- Kursk Sualtı Gəmi Fəlakəti (2000): Vanga, “Kursk suyun altında qalacaq və dünya göz yaşı tökəcək” demişdi. 2000-ci ildə Rusiya sualtı gəmisinin batması, bu kehanəti təsdiqləyən bir hadisə kimi qəbul edilir.

Leave a Reply to Anar Orucov Cancel reply