Beşiktaşın transfer hədəfində Juventusun ulduz futbolçusu
Transfer çalışmalarını davam etdirən Beşiktaş, Juventusun ulduzuna göz dikdi
Beşiktaş transfer çalışmalarına sürətlə davam edir. İtaliyanın “Footbal Italia” nəşrinin yaydığı məlumata əsasən, İstanbul təmsilçisi Juventusun heyətində çıxış edən Artur Melo ilə maraqlanır. İtaliya klubu braziliyalı oyunçunu heyətindən çıxarmaq niyyətindədir. Beşiktaş rəhbərliyinin artıq futbolçunun vəziyyəti ilə maraqlandığı və Juventusdan məlumat aldığı bildirilir. Tərəflər arasında danışıqların tezliklə başlayacağı gözlənilir.
Artur Melounun ötən mövsümki çıxışı
Artur Melo ötən mövsümün ikinci yarısını İspaniya La Liqa təmsilçisi Gironada icarə əsasında keçirib. O, bu komandanın heyətində 15 matça çıxsa da, qol və ya assistlə fərqlənə bilməyib.
Juventus 2020-ci ildə transfer üçün 80 milyon avro ödəmişdi
Barselonada göstərdiyi möhtəşəm oyunla diqqət çəkən Artur Melo, 2020-ci ildə 80 milyon avro transfer məbləği ilə Juventusun sıralarına qoşulmuşdu. Lakin onun İtaliya karyerası gözləntiləri doğrultmadı. Juventus son illərdə bu futbolçunu Liverpul, Fiorentina və Girona kimi klublara icarəyə verib. Bu mövsüm isə onu tamamilə heyətindən çıxarmaq niyyətindədir.
Leave a Reply to Solmaz Şükürova Cancel reply