Ağ Ev sözçüsü söyüş söydü
🎧 Audio: Bu yazı üçün səsli versiya hələ hazırlanmayıb.

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasındakı görüşdən sonra Ağ Ev spikeri Karoline Leavitt jurnalistlərin suallarını cavablandırırdı. Həmin gün ABŞ prezidenti Donald Tramp və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək görüşü də gündəmdə idi.
Solçu baxışları ilə tanınan Huffpost qəzetinin müxbiri sual vermək üçün əl qaldırdı. Ağ Ev spikeri Leavittin üzü düşsə də, sualı qəbul etdi. Bunun ardınca Huffpost müxbiri: "Görüş yerinin Budapeşt olmasına kim qərar verdi?" sualını verdi. Bu sualdan sonra Leavittin üzündə təbəssüm yarandı. Cavab olaraq, "Anan verdi" dedi. Nəyə uğradığını anlamayan müxbir, "bunun nə demək olduğunu" soruşduqda Leavitt cavab vermədi.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz