İdman 17.08.2025

Altay Bayındır topu öz qapısına yumruqladı

Altay Bayındır topu öz qapısına yumruqladı

"Mançester Yunayted"in səhvi bahalı başa gəldi: "Old Trafford"da sensasiyalı məğlubiyyət

"Old Trafford" azarkeşləri, komandalarının gözlənilməz məğlubiyyəti ilə sarsıldı. "Arsenal" səfərdə "Mançester Yunayted" üzərində 1-0 hesablı qələbə qazandı. Riccardo Calafiorinin 13-cü dəqiqədə vurduğu qol, matçın taleyini həll etdi. Oyunun əsas müzakirə mövzusu isə qapıçı Altay Bayındırın yol verdiyi kobud səhv oldu.

Neville'dən Altay Bayındır üçün sərt tənqid

"Mançester Yunayted"in əfsanəsi Qari Neville, Altay Bayındırın "Arsenal" qarşısında buraxdığı qoldan sonra qapıçı mövqeyi ilə bağlı ciddi narahatlığını ifadə etdi. Səhvin 2025/26 mövsümünə pis başlamasına səbəb olduğunu vurğuladı.

Hesabda dönüş nöqtəsi: Qapıçının kobud səhvi

Matçın dönüş nöqtəsi, "Arsenal"ın qazandığı künc zərbəsi zamanı baş verdi. Altay Bayındır topa müdaxilə etmək istəsə də, topu ələ keçirə bilmədi. Boş qalan topu "Arsenal"ın müdafiəçisi Riccardo Calafiori qapı xəttindən keçirərək komandasını hesabda önə çıxardı. Bu səhv, Bayındırın ötən mövsüm Ruben Amorimin rəhbərliyi altında da oxşar səhvlərə yol verməsi xatırlatdı. Xüsusilə "Nyukasl"a 4-1 hesabı ilə uduzulan səfər oyunu, Bayındırın etibarlılığına dair sualları artırmışdı.

"Bu bəhanə deyil!"

“Sky Sports”un şərhçisi Neville, epizoddan sonra Bayındırı tənqid edərək bunları söylədi: "Bu, "Mançester Yunayted"ə zərər verməyə davam edəcək. Qapıçı daha güclü olmalı idi. Rəqib oyunçunun ona toxunduğunu deyəcək, amma bu bəhanə deyil. Bu səviyyədə həmin topa çıxırsansa, öz sahəni qorumalısan."

Neville, Uilyam Salibanın heç bir qayda pozuntusu etmədiyini və Bayındırın daha sərt, daha inamlı oynaması lazım olduğunu vurğuladı.

"Mançester Yunayted"də qapıçı problemi

Andre Onananın zədədən yeni çıxması və hələ tam hazır olmaması səbəbindən "Arsenal" qarşısında qapını qoruyan Altay Bayındır, ona verilən şansı dəyərləndirə bilmədi. "Yunayted"in qapıçı rotasiyası, xüsusilə də çempionluq hədəfi güdən bir komanda üçün etibar yaratmır. Neville'in sözləri də əslində bu reallığı vurğulayır.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz