Dünya 13.07.2025

Ana və ögey atasını qətlə yetirib TikTok-da ağladı

Ana və ögey atasını qətlə yetirib TikTok-da ağladı

Cinayət İttihamı və Gizli Paylaşımlar

ABŞ-ın Corciya ştatında 17 yaşlı Sara Qreys Patrik anası Kristin Brok (41) və ögey atası Ceyms Broku (45) öldürməkdə ittiham olunur. Patrik cütlüyün qətli ilə bağlı həbs edilməzdən əvvəl Sosial media hesablarından etdiyi paylaşımlar hadisədən sonra fərqli məna kəsb edib.

Polis qeydlərinə görə, 20 fevralda Atlantanın qərbində yerləşən Karrolton şəhərindəki evlərində Kristin və Ceyms Brok yuxuda olarkən güllələnərək öldürülüblər. Həmin vaxt evdə olan Patrikin, 5 yaşlı bacısı Ceylinin cəsədləri tapdıqdan sonra polisə zəng etdiyi bildirilir. Hadisə yerində heç bir məcburi giriş və ya oğurluq izinə rast gəlinməyib.

"Cənnətdə Mənə Yer Ayırın"

Gənc qız hadisədən sonra TikTok hesabından etdiyi paylaşımlarla diqqət çəkib. Göz yaşları içində çəkdiyi videolarda “Ədaləti istəyirəm” çağırışları edən Patrik, ailəsinin dəfninə gedərkən çəkdiyi bir videoya da bu qeydi yazıb: “Bu gerçək ola bilməz. Anamın və atamın dəfninə gedirəm.”

Mart ayında etdiyi bir paylaşımda isə, həyatını itirən ailəsinin fotoşəkillərini fonunda qəmli musiqi ilə yayımlayan Patrik bu ifadələri işlədib:

Onlar bilmirlər, amma bir il sonra mən və 5 yaşlı qardaşım onları evimizdə güllələnmiş halda tapacağıq və artıq məzuniyyətimi izləyə bilməyəcəklər, evlənəndə yanımda ola bilməyəcəklər, ya da vidalaşa bilməyəcəklər. Sizi darıxıram. Cənnətdə mənə bir yer ayırın.

Duyğusal Paylaşımların Arxasındakı Həqiqət

Patrikin 16 yaşında ikən törətdiyi iddia edilən cinayətlərdən sonra Sosial mediada etdiyi digər duyğusal paylaşımlar da gündəmə gəlib. Bir paylaşımda, makiyajı dağılmış halda ağladığı bir videoda “Həyat çətindir, amma heç olmasa anam yanımdadır” yazarkən, başqa bir göndəridə isə bu ifadələr yer alıb: “Özümdən nifrət edirəm, çünki onlardan əvvəl oyanmadım ki, 5 yaşlı qardaşım anasını və atasını o halda tapmaq məcburiyyətində qaldı.”

Yenə bir paylaşımda: “Qardaşımın ‘Ana və ata!’ deyə qışqırması məni məhv edir.” deyib.

Məhkəmə Prosesi Başlayır

Qətllərdən sonra ailəsi üçün təşkil olunan dəfn mərasimində duyğusal bir çıxış edən Patrikin, mərasimdə göz yaşları içindəki görüntüləri də ictimaiyyətlə paylaşılıb. Karroltondakı Catalyst Kilsəsində keçirilən mərasimdə gənc qız, “Sadəcə anama və Ceymsə vida etmək istəyirəm, çünki buna fürsətimiz olmadı” deyib.

Lakin, Patrikin bu duyğusal davranışları, keçən həftə öz istəyi ilə polisə təslim olduqdan sonra daha qaranlıq bir perspektivdən qiymətləndirilməyə başlanıb. Patrikin Sosial media hesabı bağlanılıb, lakin köhnə paylaşımları internet istifadəçiləri arasında yayılmağa davam edib.

Gənc qız iki dəfə cinayət və iki dəfə ağırlaşdırılmış hücum ittihamları ilə yetkin statusunda mühakimə olunacaq. Polis qətllərin niyə törədildiyinə dair bir açıqlama verməyib və istintaqın davam etdiyini bildirib.

Karrol Qraflığı Şerifinin nümayəndəsi Eşli Hulse NewsNation kanalına verdiyi açıqlamada, dəfndəki çıxışla bağlı bunları deyib: “Qəribə idi. Daha çox bir çıxışa bənzəyirdi. Və sonunda ‘Üzr istəyirəm’ dedi. Bu, ‘Bunu mən etdim deyəmi üzr istəyirəm’, yoxsa ‘Bu çıxış zamanı emosional oldum deyəmi üzr istəyirəm’... Heç vaxt bilə bilmərik.”

24 saat