Dünya 27.06.2025

Anna Wintour Vogue-dan Ayrılır

Anna Wintour Vogue-dan Ayrılır

Anna Wintourun Voguedakı karyerası jurnalı tamamilə dəyişdirərək onu moda mediasının ən güclü simalarından birinə çevirdi. 1988-ci ildə baş redaktor olaraq çıxardığı ilk nömrə (üz qabığında Mikaela Bercunun Christian Lacroix kazağı və Guess cins şalvarı ilə poza verdiyi 1988-ci ilin noyabr nömrəsi), "yüksək moda" tərifini şübhə altına alaraq mediada böyük səs-küyə səbəb olmuşdu.

Vogue və Məşhur Mədəniyyətin Birləşməsi

90-cı illərdə Anna Wintour Oprah Winfrey, Madonna, Kate Moss, Naomi Campbell kimi ulduzları üz qabıqlarına çıxararaq moda və məşhur mədəniyyətini birləşdirdi. Bu dövrdə jurnal sadəcə moda tendensiyalarını deyil, həm də dövrün ən təsirli simalarını nümayiş etdirən bir platformaya çevrildi.

Çığır Açan Üz Qabıqları və Mübahisələr

2000-ci və 2010-cu illərdə Vogueun məzmununu aktual hadisələr və pop mədəniyyəti ilə zənginləşdirməyə davam etdi. Mişel Obamanın birinci xanım olduğu dövrdəki üz qabığı (2009-cu il mart), Lady Gaqalı 916 səhifəlik nəhəng nömrə (2012-ci il sentyabr), Rihannanın hamiləlik açıqlaması (2022-ci il may) və Zendayanın Met Gala həmsədri olması (2024-cü il may) unudulmaz anlardan bəziləri idi.

Lakin Anna Wintourun ən çox müzakirə olunan addımlarından biri, 2014-cü ildə Kim Kardaşyan və Kanye Vesti üz qabığına gətirməsi oldu. Bu nömrə, Vogue tarixində ilk dəfə bir realiti-şou ulduzu və reperi eyni üz qabığına daşımışdı. Kardaşyan daha sonra 2019 və 2022-ci illərdə təkbaşına Vogue üz qabığına çıxmışdı.

Moda Dünyasının İkonik Siması

Britaniya Vogueunun redaktorluğunu (1985-1987) da etdikdən sonra Amerika Vogueuna qayıdan Anna Wintour, moda sənayesində ikonik bir fiqura çevrilmişdi. İndi əsas vəzifəsindən ayrılsa da, onun qlobal təsiri davam edəcəkdir.

24 saat