Müğənni Güllü son mənzilə yola salındı
Ötən gecə Yalovanın Çınarcık rayonuna bağlı Harmanlar Məhəlləsindəki evinin 6-cı mərtəbəsindən düşərək həyatını itirən 52 yaşlı müğənni Güllü üçün İstanbulun Tuzla bölgəsindəki Sultan I Əhməd Məscidində cənazə mərasimi keçirilib. Yalovada faciəvi şəkildə həyatını itirən sənətçinin dəfn mərasimi ailəsi, sənət dostları və sevənləri bir araya gətirib.
Cənazə mərasiminə Güllünün ailəsi və yaxınları ilə yanaşı, Murat Kurşun, Cansever, Killa Hakan, Kobra Murat və Yener Çevik kimi tanınmış simalar da qatılıblar. Mahsun Kırmızıgül, İbrahim Tatlıses, Seda Sayan, Simge Sağın, Berkay, İrem Derici və Özgür Aras isə mərasimə əklillər göndərərək başsağlığı veriblər.
"ATA... ANAM GETDİ ATA"
Müğənni Güllünün 2002-ci ildə boşandığı həyat yoldaşı Gürol Gülter də cənazə törənində iştirak edib. Atasına sarılan 27 yaşlı qızı Tuyan Ülkem "Ata... Anam getdi, ata" deyə hönkürərək, hamını kədərləndirib.
Qılınan cənazə namazından sonra Müğənni Güllünün nəşi dəfn edilmək üçün sevənlərinin çiyinlərində Tuzla Qəbiristanlığına aparılıb. Bu kədərli mərasim sənət dünyasını yasa bürüyüb.
ÖLÜM SƏBƏBİ: İSTİNTAQ DAVAM EDİR
Əsl adı Gül Tut olan 52 yaşlı müğənni Güllü bir müddət idi ki, Yalovanın Çınarcık rayonundakı evində yaşayırdı. Asistanı Dəniz Hanımın verdiyi məlumata görə, ötən gecə evdə qızı Tuyan Ülkemlə birlikdə əylənən sənətçinin ayağı Roman havası oynayarkən sürüşüb və pəncərədən düşüb. Güllü hadisə yerində həyatını itirib.
Müğənninin intihar etdiyi barədə yayılan xəbərləri təkzib edən oğlu Tuğberk Yavuz, "Evdə anam, bacım və onun bir dostu vardı. Əylənərkən anamın ayağı sürüşüb. Zatən alçaq olan pəncərədən düşüb" deyib.
Çınarcık Polis İdarəsi və Yalova Valiliyindən verilən açıqlamada da Yalovada faciə ilə bağlı istintaqın davam etdiyi bildirilib. Açıqlamada qeyd olunub ki, 26.09.2025-ci il tarixində saat 01:28 radələrində 112 Təcili Yardım Mərkəzinə "Yüksəklikdən Düşmə" hadisəsi barədə məlumat daxil olub. Hadisə yerinə gələn əməkdaşlar, sənətçi Güllü olaraq tanınan Gül TUT adlı şəxsin 6-cı mərtəbədəki iqamətgahında qızı və qızının dostu ilə əyləndiyi zaman pəncərədən düşdüyünü müəyyən ediblər. Sağlamlıq qrupunun müayinəsində şəxsin öldüyü təsdiqlənib. Mövzu ilə əlaqədar prokurorluqdan alınan göstərişlər əsasında "Yüksəklikdən Düşmə" maddəsi üzrə Çınarcık Rayon Polis İdarəsi tərəfindən istintaqa başlanılıb.
"MƏNİ SERENAY SARIKAYA CANLANDIRSIN"
Güllü, Ferdi Tayfurun vəfatından sonra verdiyi müsahibədə miras mübahisələrinə reaksiya göstərərək, "Mən öləndə əgər belə olacaqsa, Allah mənə rəhmət eləsin. Pullara işim olmadı. Çox ağır acılar yaşadım. Bundan sonra əmanətim oğluma, qızıma bir də nəvəmədir" demişdi.
Şarkıcı, həyatının film olmasını istədiyini və özünü Serenay Sarıkaya'nın canlandırmasını arzu etdiyini də bildirmişdi. Müğənni Güllünün ölümü sənət dünyasında böyük kədər yaradıb.
Oxucu Şərhləri
Şərh Yaz