İdman 23.09.2025

Arda Güler üçün Real Madrid qərarı

Arda Güler üçün Real Madrid qərarı

Arda Güler-in ehtiyatda qalma səbəbi üzə çıxdı

Madrid "Real"ının heyətində çıxış edən Türkiyənin milli ulduzu Arda Güler, baş məşqçi Xabi Alonsonun gəlişindən sonra komandanın əsas oyunçularından birinə çevrilməyi bacarmışdı.

Lakin "Real Madrid"in "Espanyol"u 2-0 hesabı ilə məğlub etdiyi oyuna ehtiyat oyunçu kimi başlayan Arda Güler, bu mövsüm ilk dəfə idi ki, ehtiyat oyunçular skamyasında yer alırdı. Ardanın ehtiyatda qalma səbəbi məlum olarkən, onun meydanda keçirdiyi vaxtın azalma ehtimalı da yaranmış oldu.

Bellinghamın dönüşü təsirli oldu

"AS" nəşrində yer alan xəbərə görə, futbol şərhçisi Xulio Maldonado "Maldini", Cud Bellinghamın yaşıl meydanlara qayıdışının "Real Madrid"də bəzi oyunçulara təsir edə biləcəyini bildirib. Ardanın ehtiyatda qalmasının səbəbinin də məhz Cud Bellingham olduğu ortaya çıxıb.

"Espanyol" ilə oynanılan matça sonradan daxil olan Arda Gülerlə bağlı açıqlama verən "Real Madrid"in baş məşqçisi Xabi Alonso, "Bellingham və Arda Güler-in çox oxşar mövqelərdə oynadıqları doğrudur, lakin onlar birlikdə də oynaya bilərlər. Arda arxadan əlaqə yarada bilər. Cud isə daha öndə" - deyə qiymətləndirib.

Bu prosesdə ən çox təsirlənəcək ad kimi Arda Güler-i işarə edən Maldini, "Bellingham, "Levante" ilə qarşılaşmada hələlik ilk "11"-də başlamayacaq, amma derbidə "Atletiko Madrid"ə qarşı oynayacaq. Və onun dönüşü ilə birlikdə birinin kənara çəkilməsi lazım gələcək. Mənim fikrimcə, bu ad Arda Güler olacaq. Güler böyük bir istedad olsa da, Bellinghamın dönüşü ilə onun dəqiqələri azala bilər. Bu, texniki qərarlarla bağlıdır və Madridin tarazlığı üçün zəruri görünür" - deyə bildirib.

İspan şərhçi, Xabi Alonsonun Ardaya çox güvəndiyini, lakin Bellinghamın heyətə girişi ilə birlikdə 4-3-3 düzülüşünə geri dönüləcəyini iddia edib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz