Şaxtyorun baş məşqçisi Arda Turan Ukraynadakı təcrübələrindən danışıb.
Təcrübəli baş məşqçi "Sky Sports"a müsahibəsində bombardman altında qaldıqları bir gecədən sonra oyuna çıxdıqlarını və o an yaşadığı hissləri bölüşüb.
## Sığınacaqda qaldıqGözləmədikləri vəziyyətlər olduğunu ifadə edən Turan "Heç vaxt bəhanələrə sığınan biri olmamışam, amma gözləmədiyimiz vəziyyətlər də oldu. LNZ Çerkası məğlubiyyətindən əvvəlki gecə bombalar atıldı. Bombalar növbəti matçdan əvvəlki gecə gəldi. Sığınacağa endik. Qəribə səslənə bilər, amma qorxmurduq, sadəcə sevdiklərimiz üçün narahat idik. O gecə heç yata bilmədik. Matçı hansı şərtlərdə oynayacağımızı heç vaxt bilmirdik" deyib.
## Həyat dərsi verdiOyunun ardından 8 yaşlı bir uşaqdan aldığı həyat dərsini xatırladan Arda Turan "Kədərli idim, çünki bu, bizim üçün kritik bir matç idi. Roman adlı, böyük bir Şaxtyor azarkeşi olan və evinə bomba atıldığında aldığı yaralar səbəbiylə 35 əməliyyat keçirən bir uşaq soyunma otağında bizi ziyarətə gəldi."
Mənə "Məşqçi, üzülmə. Həyatda yaxşı və pis günlər var. Davam etməlisən" dedi. Bu, 35 dəfə əməliyyat olmuş 8 yaşında bir uşağın həyat dərsi idi.
Bəli, futbol önəmlidir. İşimizə hörmət etməli və bizi izləyən insanlar üçün hər şeyimizi verməliyik. Amma digər tərəfdən, bu bir əyləncədir, həyat qədər real deyil. Aradakı fərqi anlamalıyıq. Mənə bu həyat dərsini verən Roman idi" deyə əlavə edib.
## Uğurun sirrini verdiTəcrübəli baş məşqçi uğurlu olmaq üçün risk almaq lazım olduğunu söyləyib. Yeni macərasında çox şey öyrənəcəyini bildirən Arda Turan "Uğurlu olmaq üçün rahatlıq zonasından çıxmaq lazımdır. Bəli, bu, çox gənc oyunçular üçün böyük bir çətinlikdir. Amma bu, bir komanda qurma, öyrənmə və eyni zamanda rəqabət etmə şansıdır. Bu məsuliyyəti öz üzərimə götürmək istəyirəm. Burada çox şey öyrənə biləcəyimə inanıram.
Bundan istifadə etməyə çalışırıq. Müharibənin ortasındaykən və insanlar bu qədər böyük fədakarlıqlar edərkən, bu mövzulardan mütləq danışmalısınız. Niyə burada futbol oynayırlar? Niyə ailələrini müharibənin ortasında buraxırlar? Bunun bir məntiqi olmalıdır.
"Düşünürəm ki, bunu müsbət bir şeyə çevirdik və çox əylənməyə çalışdıq, hər zaman şən olmağa çalışdıq. Uyumlaşmağa və psixoloji tərəfiylə başa çıxmağa çalışan bir çox gənc Braziliyalı oyunçumuz var, ancaq bu bəzən çox yorucu ola bilir" deyə fikirlərini bölüşüb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz