İdman 15.08.2025

Arda Turan oyundan qovuldu və əsəbiləşdi

Arda Turan oyundan qovuldu və əsəbiləşdi
UEFA Avropa Liqasında Arda Turan şoku!

Arda Turan meydanda özünü itirdi

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşıb. İlk oyunda qolsuz bərabərlik qeydə alınmışdı. Cavab görüşünün sonlarına yaxın hesab yenə də açılmamış qalırdı ki, gözlənilməz hadisələr baş verdi.

Hakimin qərarı Arda Turanı əsəbiləşdirdi

"Şaxtyor"un oyunçusu Oçeretko 82-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovuldu. Bu qərar Arda Turanı özündən çıxardı. Baş məşqçi hakimin qərarına etiraz əlaməti olaraq meydan kənarında dördüncü hakimin üzərinə yeridi və nəticədə özü də birbaşa qırmızı vərəqə alaraq meydandan qovuldu. Onun bu hərəkətləri sosial mediada geniş müzakirələrə səbəb oldu.

Bu, Arda Turanın ilk qalmaqalı deyil

Ukrayna Premyer Liqasının ikinci həftəsində "Karpatı Lvov" ilə "Şaxtyor" arasında keçirilən və 3-3 hesabı ilə başa çatan matçda da Arda Turan hakimin qərarlarına sərt reaksiya vermişdi. O, həmin vaxt da səbrini cilovlaya bilməyərək hakimin ünvanına xoşagəlməz ifadələr işlətmişdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz