Aslı Bekiroğlu yenidən reperlə eşq yaşayır

Aktrisa Aslı Bekiroğlu şəxsi həyatında yeni bir eşq macərasına yelkən açıb. Sənət dünyasından həmkarı Furkan Rıza Demireldən təxminən iki ay yarım əvvəl ayrılan aktrisa, İstanbulun mənzərəli Bebek sahilində reper Uğurcan Günay ilə birlikdə görüntülənib. Bu təsadüfi görüş, cütlüyün münasibətləri haqqında yayılan şayiələri təsdiqləyib.
Sahildəki gəzinti zamanı fotoqrafların kameralarını görən aktrisa, gülümsəyərək obyektivlərə poz verib. Daha sonra jurnalistlərə verdiyi qısa açıqlamada o, yeni tanış olduğu bəylə hələ bir-birilərini yaxından tanıma mərhələsində olduqlarını dilə gətirib.
Üç həftə əvvəl bağırsaqlarından doqquz saat davam edən ağır bir cərrahiyyə əməliyyatı keçirən Aslı Bekiroğlunun belindəki xüsusi tibbi korset diqqətdən yayınmayıb. Aktrisa səhhətinin hazırda yaxşı olduğunu və sağalma prosesinin uğurla davam etdiyini qeyd edib.