İdman 18.07.2025

Atletiko Madrid Argentinalı yarımmüdafiəçi transfer edir

Atletiko Madrid Argentinalı yarımmüdafiəçi transfer edir

Atletiko Madrid Tiago Almadanı transfer edib

İspaniyanın güclü təmsilçisi Atletiko Madrid Braziliyanın “Botafoqo” klubundan argentinalı futbolçu Tiago Almadanı heyətinə qatıb. Klubun rəsmi açıqlamasına görə, 24 yaşlı yarımmüdafiəçi ilə 2030-cu il iyunun 30-dək etibarlı müqavilə imzalanıb. İspaniya mətbuatında isə bu transferin “Matrasçılar”a 21 milyon avroya başa gəldiyi iddia olunur.

Tiago Almadanın karyerası

Daha əvvəl Argentinada “Velez Sarsfild” və ABŞ-da “Atlanta Yunayted” komandalarının formasını geyinmiş Tiago Almada ötən il “Botafoqo”ya keçib. Gənc futbolçu ötən mövsümün ikinci yarısında Fransa təmsilçisi “Lion”da icarə əsasında çıxış edərək 20 oyunda 2 qol vurub. Bu transfer Atletiko Madridin gələcək mövsümlər üçün heyətini gücləndirmək istiqamətində atdığı əhəmiyyətli addımlardan biri hesab olunur.

24 saat