Avstraliyada sosial media üçün yeni dövr: Alqoritmlərin ləğvi gündəmdədir
Avstraliya hökuməti sosial şəbəkə istifadəçilərinin rəqəmsal hüquqlarını və təhlükəsizliyini təmin etmək məqsədilə parlamentə yeni qanun layihəsi təqdim edib. "Rəqəmsal qayğı öhdəliyi" adlandırılan bu təşəbbüs istifadəçilərə platformaların tətbiq etdiyi alqoritmlərdən kənarlaşmaq imkanı verir.

Qanun layihəsinin ən əhəmiyyətli hissəsi istifadəçilərə alqoritmləri tamamilə deaktiv etmək hüququnun tanınmasıdır. Bu funksiya işə salındıqda, istifadəçilər süni intellektin formalaşdırdığı tövsiyə lentləri yerinə, yalnız izlədikləri hesabların paylaşımlarını xronoloji ardıcıllıqla izləyə biləcəklər.
Mütəxəssislər bu təşəbbüsü sosial mediada informasiya manipulyasiyasının qarşısını almaq və asılılıq yaradan alqoritmlərin mənfi təsirlərini azaltmaq üçün atılmış vacib bir addım kimi qiymətləndirirlər. Çin təcrübəsində olduğu kimi, rəqəmsal məkanın tənzimlənməsi artıq qlobal miqyasda yeni bir tendensiyaya çevrilməkdədir.
Qanun layihəsi parlament tərəfindən qəbul ediləcəyi təqdirdə, sosial media platformaları öz fəaliyyət prinsiplərini Avstraliya qanunvericiliyinə uyğunlaşdırmalı olacaqlar. Bu, həm də beynəlxalq texnologiya nəhəngləri üzərində nəzarətin sərtləşdirilməsi istiqamətində atılan ciddi bir addım hesab olunur.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz