Şou 11.09.2025

Ayağından vurulan Ezgi Molanın keçmiş əri qoltuq ağacında görüntüləndi

Ayağından vurulan Ezgi Molanın keçmiş əri qoltuq ağacında görüntüləndi

Aktrisa Ezgi Mola və iş adamı Mustafa Aksakallının boşanma sonrası yaşadığı dəhşət

Aktrisa Ezgi Mola və iş adamı Mustafa Aksakallı iki il davam edən evliliklərini bu ilin iyun ayında yekunlaşdırıblar. Cütlük sosial media üzərindən yaydıqları ortaq bəyanatda evliliklərini dostcasına bitirdiklərini bildirib. Bəyanatda "Bizim üçün ən dəyərli olan oğlumuz Canın xoşbəxtliyi və rahatlığı hər şeydən üstündür. Onun üçün hər zaman birlikdə hərəkət edəcəyik" deyə qeyd olunub.

Alaçatıdakı dəhşətli silahlı insident

Boşanma xəbərindən sonra avqustun 2-də Aksakallıya məxsus Alaçatıdakı məkanda baş verən silahlı insident böyük əks-səda doğurub. Məkanda həddindən artıq hərəkətlər edən iki nəfərlə yaranan mübahisə qısa müddətdə böyüyüb, silah səsləri eşidilib. Nəticədə iş adamı ayağından vurularaq yaralanıb.

Müalicə və ilk ictimai görüntü

Xəstəxanaya yerləşdirilən Aksakallı, günlərdir davam edən müşahidədən sonra bu yaxınlarda evə buraxılıb. Silahlı insidentdən sonra iş adamı bu gün ilk dəfə Bebekdə görüntülənib. Dəstək alaraq yeriyən Aksakallı kameralara belə yansıyıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz