Gündəm 30.07.2025

Bağçasında böyük sərvət tapdı

Bağçasında böyük sərvət tapdı

AĞILLI TEXNOLOGİYALAR NADİR VAŞAQ GÖRÜNTÜLƏRİNƏ YOL AÇIR

Amerika qitəsində ən geniş yayılmış vəhşi pişiklər arasında yer alan vaşaqlar, indiyədək daha çox zooparklarda rast gəlinən nadir növlərdən sayılırdı. Lakin ev təhlükəsizliyi texnologiyalarının inkişafı ilə bu vəziyyət dəyişməyə başlayıb. Ağıllı qapı zəngləri, ev təhlükəsizlik kameraları və genişlənən internet əlaqəsi insanların təbiətlə daha yaxından təmas qurmasına imkan yaradır. Məhz bu texnoloji məhsullar nadir hallarda rast gəlinən bir vaşağın görüntülənməsinə səbəb olub.

NADİR ANIN ŞAHİDİ OLDULAR

Amerikalı Steve Fantone də belə nadir anlardan birinə şahidlik edib. Onun həyətində çəkilmiş görüntüdə Kanadanın cənub əyalətlərindən Meksikaya qədər geniş bir ərazidə məskunlaşan və nadir hesab edilən vaşaq növü görünüb. Fantone bu hadisəni "lotereya udmaq kimi bir şey" olaraq dəyərləndirib.

TƏBİİ MÜHİTİN SAXLANILMASI VACİBDİR

Fantone heyvanın kiçikliyini və itə bənzədiyini qeyd edib. O, vaşaqların ərazidə həmişə olduğunu, çünki siçan və quşların onların əsas qidası olduğunu bildirib. Hətta bir vaşağın dovşanı izləyərkən çəkilmiş görüntüsünün də əlində olduğunu deyib. Alimlər də real vəhşi təbiətin ətrafımızda yaşadığını, lakin insanların bu heyvanları öz təbii mühitlərindən sıxışdırıb çıxardığını vurğulayırlar. Bu cür texnologiyalar sayəsində vəhşi heyvanların davranışlarını daha yaxşı anlamaq və onların ekologiyasını araşdırmaq mümkün olur.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz