Yeni mövsüm hazırlıqlarını iyulun 7-dən bəri Avstriyanın Tirol əyalətinin İnsbruk bölgəsindəki Zefeld kəndində davam etdirən Başakşehir üçüncü və son sınaq görüşündə "Fortuna Düsseldorf" ilə üz-üzə gəlib.
Zalsburq şəhərindəki Hans-Ludviq Stadionunda keçirilən matçı İstanbul təmsilçisi 83-cü dəqiqədə Ömər Faruk Bəyazın vurduğu qolla 1:0 hesabı ilə qazanıb.
Başakşehir 11 gün davam edən Avstriya düşərgəsini başa vurub.
"RAMS Başakşehir" iyulun 24-ü Cümə axşamı UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın "Çerno More" komandası ilə səfərdə qarşılaşacaq. İki gün istirahət edəcək narıncı-göylər, hazırlıqlarına iyulun 20-si Bazar günü İstanbul Başakşehir Futbol Klubu Tesislərində davam edəcəklər.
Ömər Faruk Bəyaz: "Gözəl bir kamp dövrü keçirdim"
"RAMS Başakşehir"in futbolçusu Ömər Faruk Bəyaz gözəl bir düşərgə dövrü keçirdiyini və yeni mövsümdə heyətdə yer almaq üçün iddialı olduğunu bildirib.
Avstriya düşərgəsində nümayiş etdirdiyi həvəsli performansla diqqət çəkən və keçirilən 3 sınaq matçında 3 dəfə rəqib qapısından top keçirən 21 yaşlı futbolçu açıqlamalar verib.
Çox gözəl bir düşərgə dövrü keçirdiklərini vurğulayan Ömər Faruk, "Qarşıdakı həftə UEFA Konfrans Liqasında vacib bir oyunumuz var. Hazır olduğumuzu düşünürəm. Hədəfimiz UEFA Konfrans Liqasında qrup mərhələsinə yüksəlmək və mübarizəni davam etdirməkdir" ifadələrini işlədib.
Yeni mövsümdə əsas heyətdə yer almaq üçün iddiasını ortaya qoyan 21 yaşlı yarımmüdafiəçi, "Heyət üçün özümü qəti şəkildə güclü namizəd hesab edirəm. Keçən mövsüm komandaya və məşqçinin taktikasına uyğunlaşma dövrü idi. Bu il məşqçinin nə istədiyini təxmin edə bildiyim üçün gözəl bir kamp dövrü keçirdim. Hədəfim daha çox oyun vaxtı alaraq komanda üçün daha uğurlu addımlar atmaqdır" deyə fikirlərini tamamlayıb.