"Qalatasaray" və "Başakşehir" qarşılaşması: Start heyətlər bəlli oldu
"Qalatasaray" komandası Trendyol Super Liqanın 9-cu turunda səfərdə RAMS "Başakşehir" ilə üz-üzə gəlir.
Super Liqada ilk 8 matçını məğlubiyyətsiz başa vuran sarı-qırmızılı komanda, 7 qələbə və 1 heç-heçə əldə edərək, həftəyə lider olaraq daxil oldu. Mövsümə yaxşı başlaya bilməyən və bir oyunu əskik olan narıncı-göy rəngli komanda isə 7 qarşılaşmada 1 qələbə, üç heç-heçə və üç məğlubiyyət yaşadı.
İlk on bir oyunçu
"Başakşehir": Muhammed, Ömer Ali, Duarte, Opoku, Operi, Kaluzinski, Deniz, Crespo, Kemen, Harit, Eldor Shomurodov.
"Qalatasaray": Uğurcan, Sallai, Kaan, Abdülkerim, Eren, Sara, İlkay, Torreira, Barış Alper, Sane, İcardi.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz