Ailə Həyatında Gərginlik İddiaları
Tanınmış aktyor Berk Oktay və Yıldız Çağrı Atiksoy cütlüyünün ailə həyatında çətinliklər yaşandığına dair iddialar media gündəminə düşüb. İki illik münasibətlərindən sonra 2022-ci ilin sentyabrında evlənən cütlüyün 21 may 2024-cü ildə Mira Milena adlı qızları dünyaya gəlib. Lakin aktyorun qızının doğulmasından qısa müddət sonra sosial şəbəkə hesabında etdiyi paylaşım, evliliklərinin gərgin bir dövr keçirdiyi barədə şayiələrə səbəb olub. Berk Oktay "Nəfəsim yetənə qədər yalnız sənin üçün mübarizə aparacağam, qızım" şəklində emosional bir qeyd yayımlamışdı. Bu paylaşım, bir çoxları tərəfindən həyat yoldaşı Yıldız Çağrı Atiksoya ünvanlanmış bir göndərmə kimi qəbul edildi. Xəbərlər sürətlə yayılmağa başlayanda aktyor həmin qeydi dərhal sildi.
İddiaları gücləndirən digər bir əhəmiyyətli detal isə cütlüyün sosial media platformalarında bir-birini izləməməsi oldu. Ayrılıq xəbərləri ictimaiyyətdə geniş müzakirələrə səbəb olduqdan sonra Berk Oktay vəziyyətə aydınlıq gətirmək məqsədilə fərqli bir addım atdı. O, bu dəfə həyat yoldaşı Yıldız Çağrı Atiksoy və qızı Mira Milenanın birgə fotosunu "Şükür səbəbim, ailəm" notu ilə paylaşaraq, evlilikləri barədə yayılan şayiələri təkzib etməyə çalışdı.
Setdəki Yaxınlaşma Şayiələri
Bəzi mənbələrə görə, aktyor və Yıldız Çağrı Atiksoy arasındakı gərginliyin əsas səbəbi onun çəkiliş meydançasındakı yaxınlaşmalarıdır. Berk Oktayın "Harman Yeri" layihəsindəki tərəfdaşı Gülsim Əli ilə Antalyadakı setdə yaxın münasibətlər qurduğu barədə söhbətlər gəzir. Bu şayiələr cütlüyün ailə həyatındakı problemləri daha da dərinləşdirib.
Taciz İddiaları və Hüquqi Proses
Aktyorla bağlı digər ciddi bir iddia isə manken və aparıcı Tuğçe Aral tərəfindən irəli sürülüb. Aral, onun ona sosial media üzərindən təcavüz xarakterli mesajlar göndərdiyini açıqlayıb. Tuğçe Aralın bu açıqlamaları da media gündəmində geniş rezonans doğurub.
Tuğçe Aralın ittihamlarından sonra Berk Oktay vəkili vasitəsilə rəsmi bəyanat yayıb. Bəyanatda aktyorun haqqındakı əsassız ittihamlar və sistematik qarayaxma kampaniyasına qarşı hüquqi prosesin başladığı bildirilib. Açıqlamada qeyd olunub ki, "Müvəkkilimiz Berk Oktay haqqında bu gün sistematik şəkildə aparılan qarayaxma kampaniyası, əsassız ittihamlar və şəxsiyyət hüquqlarına yönəlmiş ağır hücumlar tərəfimizdən diqqətlə izlənilir. İctimaiyyəti yanıltmağa yönəlmiş bu iddia və paylaşımların heç bir konkret əsası olmadığını və gerçəyi əks etdirmədiyini xüsusi vurğulamaq istərdik." Bəyanatda həmçinin, müvəkkilinin şəxsiyyət hüquqlarını və nüfuzunu zədələmək məqsədi daşıyan bu tip iddialara qarşı zəruri hüquqi hazırlıqların görüldüyü və müvafiq addımların atılacağı bildirilib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz