Berk Oktay və Yıldız Çağrı Atiksoy cütlüyü barədə boşanma iddiaları
Aktrisa Yıldız Çağrı Atiksoy və aktyor
Berk Oktay boşanma iddiaları ilə gündəmdən düşmür.
Berk Oktay'ın setdə Gülsim Əli ilə yaxınlaşdığı və həyat yoldaşı Yıldız Çağrı Atiksoyu aldatdığı iddia edilmişdi. Aldatma iddiaları qabarıqlaşarkən, "Türkiyənin ən uzun ayaqlı" unvanı ilə tanınan Tuğçe Aral da
Berk Oktay'ın onu təcavüz etdiyini bildirərək hadisələrin gedişatını dəyişdi. Bu hadisələrdən sonra
Berk Oktay'ın keçmiş həyat yoldaşı Merve Şarapçıoğlunun "Berk Oktay məni Yıldız Çağrı Atiksoy ilə aldatdı" sözləri yenidən gündəmə gəldi.
2022-ci ildə nikah masasına oturan və bir il sonra qızları Mira Milenanı qucaqlarına alan cütlük, bu iddialar fonunda qarşılıqlı olaraq bir-birini sosial şəbəkələrdə izləməkdən çıxardı və göndərməli paylaşımlar etdi. Lakin daha sonra xoşbəxt
ailə pozları verərək barələrində çıxan boşanma iddialarını təkzib etdilər.
Cütlükdən Gələn Reaksiya və Rəsmi Açıqlama
Bütün bu hadisələrin fonunda
Berk Oktay səssizliyini pozaraq sosial media hesabından açıqlama verdi. O,
Yıldız Çağrı Atiksoy ilə münasibətlərinin öz əvvəlki evliliyinin sona çatmasından sonra başladığını qeyd edərək, "Bütün prosesimizə şahidsiniz" deyə yazdı.
Açıqlamada
Berk Oktay qeyd edib: "Son günlər bu vəziyyəti təhrif edərək fərqli göstərməyə çalışan bəzi əsassız və çirkin iddiaların heç bir həqiqət payı yoxdur. Boşanma prosesim 3 il davam etmişdir, aldatmaya əsaslanan heç bir ittiham yer almamışdır və bu prosesdə
Yıldız Çağrı Atiksoy'un adı belə hallanmamışdır, hallana da bilməzdi.
Yıldız Çağrı Atiksoy ilə iki illik münasibətimizdən sonra, nədənsə, məhz toy ərəfəmizdə də yenə iddia adı altında əsassız xəbərlər ortaya atılmışdır. Bu mövzuda yayımlanacaq xəbərlərə qarşı hüquqi yollara müraciət edəcəyimizi bildiririk. Bu cür söyləmlərə etibar edilməməsini də xahiş edirik."
24 saat
Oxucu Şərhləri
Şərh Yaz