Beşiktaşın heyətinə yeni qatılan Tammy Abraham İstanbulda olub. 27 yaşlı ingilis hücumçu, tibbi yoxlamalardan uğurla keçdikdən sonra "Qara Qartallar"la 1+3 illik müqavilə bağlayacaq.
Abrahamın ilk açıqlamaları
Şəhərə gəlişindən sonra media nümayəndələrinə danışan Abraham, hisslərini bu cür ifadə edib: "Uzun bir səyahət idi. Burada olmaqdan çox xoşbəxtəm və həyəcanlıyam. Türkiyəyə əvvəllər də gəlmişdim, lakin İstanbula ilk səfərimdir. Bu şəhər möhtəşəmdir. Türkiyə isə həqiqətən də gözəl bir ölkədir. Üzərimdə bu məşhur və gözəl Beşiktaş forması var. Onu televizorda daim görürdüm və indi geyinmək qismət oldu. Bununla çox fəxr edirəm."
Maliyyə detalları
Beşiktaş Klubu, Tammy Abrahamın icarəyə götürülməsi ilə bağlı danışıqlara başladığını İctimai Açıqlama Platformasına (KAP) rəsmi olaraq bildirib. İngilis futbolçu "Qara Qartallar"dan illik 5 milyon avro əməkhaqqı alacaq. "Roma" klubundan icarəyə götürüləcək oyunçunun müqaviləsində 15 milyon avroluq məcburi satın alma opsiyası da nəzərdə tutulub. Bu məbləğ, gələcəkdə Abrahamı klub tarixindəki ən bahalı futbol transferi edə bilər.
Keçmiş mövsümün statistikası
27 yaşlı hücumçu, ötən mövsüm "Roma"dan "Milan"a icarəyə verilmişdi. O, "Milan" forması ilə 44 oyunda meydana çıxmış və 10 qol, 7 assistlik nəticə göstərmişdi.