İdman 22.08.2025

Beşiktaş Rıdvan Yılmazla razılaşıb

Beşiktaş Rıdvan Yılmazla razılaşıb
Beşiktaş Rıdvan Yılmaz transferində yekun razılığa gəlib.

Emrecan Terzi və Jurasekdən gözlənilən nəticə alınmadı

Beşiktaş uzun müddətdir danışıqlar apardığı Rıdvan Yılmaz transferində sona yaxınlaşıb. Klubun öz yetirməsi olan Emrecan Terzi və Jurasek transferlərindən istənilən effekti əldə edə bilməyən "ağ-qaralar" eyni mövqe üçün Rıdvanı gündəminə daxil edib.

Rangers ilə razılaşma əldə olunub

Klub rəhbərliyi keçmiş oyunçusu ilə əlaqə saxladıqdan sonra "Rangers" ilə də böyük ölçüdə razılıq əldə olunub. Transferin qısa müddət ərzində rəsmiləşdirilməsi gözlənilir.

Transfer məbləği: 4.5 milyon avro

Beşiktaşın yetirməsi olan və əvvəllər kluba əhəmiyyətli bir transfer gəliri qazandıraraq "Rangers"ə transfer olan Rıdvanın yenidən "ağ-qaralar"a qayıtmağa hazır olduğu bildirilir.

Şotlandiya klubunun 23 yaşlı sol cinah müdafiəçisi üçün tələb etdiyi transfer məbləğinin 4-5 milyon avro civarında olacağı qeyd edilir.

2023-cü ildə Beşiktaşdan 4 milyon avro müqabilində "Rangers"ə transfer olan Rıdvan Yılmaz Şotlandiya təmsilçisində 77 oyunda iştirak edib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz