Beşiktaş baş məşqçisindən istefa siqnalı: "Klub doğru olanı edə bilər"
Beşiktaşın baş məşqçisi Ole Gunnar Solskyaer UEFA Konfrans Liqasında Lozannaya məğlubiyyətdən sonra açıqlama verib.
Təcrübəli baş məşqçi məyusluq hissi keçirdiyini bildirərək, "Rəqibimizlə oynadığımız 2 oyunda qələbə qazana bilmədik. Məyusluq yaşayıram. Məşqlərdə etdiklərimizi tətbiq edə bilmədik. Qol vurmaqda çətinlik çəkirik. Qırmızı kart qərarı yanlışdır, əsası yoxdur. 10 nəfərlə oynamaq da çətindir" deyib.
Solskyaer: "Klub Beşiktaş üçün doğru olanı edə bilər"
Azarkeşlərin istefa tələblərinə cavab verən Solskyaer bunları deyib: "Məsuliyyət mənim üzərimdədir, günahlandırılmalı olan mənəm. Bu günahı öz üzərimə götürürəm. Şaxtyor qarşısında növbəti mərhələyə keçməyə layiq deyildik. Lozanna oyununda da məyusluq yaşadırıq. Hər zaman baş məşqçilər məsuliyyət daşıyır, bu normaldır. Klub, Beşiktaş üçün doğru olan nədirsə, onu edə bilər. Mən Beşiktaşı daha güclü etmək üçün çalışıram. Heç vaxt təslim olmamışam. Çətinliklərlə hər zaman mübarizə aparmışam. İndi etməli olduğumuz bazar günü vəziyyəti dəyişdirməkdir".
TRT Spor-un xəbərinə görə, Beşiktaş prezidenti Sərdal Adalı, Ole Gunnar Solskyaeri mətbuat konfransından sonra idarə heyətinin iclasına çağırıb.
Oxucu Şərhləri
Şərh Yaz