İdman 01.07.2025

Beşiktaş Tammy Abrahamı heyətinə qatdı: 7 illik gözləntinin sonu

Beşiktaş Tammy Abrahamı heyətinə qatdı: 7 illik gözləntinin sonu
Yeni mövsümə güclü heyətlə başlamaq arzusunda olan Beşiktaş, hücum xətti üçün dünya miqyasında səs-küyə səbəb olacaq addım atıb. Qara-ağlılar İtaliya A Seriyası təmsilçisi "Roma"da çıxış edən ingilis hücumçu Tammy Abrahamı heyətinə qatmağa hazırlaşır. Klubdan verilən rəsmi açıqlamada Abrahamın təyyarədən görüntüləri paylaşılaraq "Gəlir" ifadələri yer alıb. Nigeriya əsilli ingilis hücumçunun təyyarəsi Türkiyə vaxtı ilə saat 18:00-da Atatürk Hava Limanına enəcək.

Transferin Detalları

Beşiktaş və "Roma" 27 yaşlı ulduz hücumçunun məcburi satın alma şərti ilə icarəyə götürülməsi barədə razılığa gəlib. Transfer planına əsasən, qara-ağlılar ilkin mərhələdə 2 milyon avro icarə haqqı ödəyəcək. Ardından, 2025-ci ilin yayında isə 13 milyon avro və bonuslar qarşılığında oyunçunun tam hüquqlarını əldə edəcək.

İllər Sonrakı Vəd Yerini Tapdı

Bu transfer xəbəri azarkeşləri həyəcanlandırarkən, Tammy Abrahamın illər əvvəl sosial mediada etdiyi Beşiktaş paylaşımları yenidən gündəmə gəlib. 2017-ci ildə bir azarkeşin "Come to Beşiktaş" çağırışına Abrahamın verdiyi "Beşiktaş"a gəlirəm. Türkiyəyə salamlar" cavabı bu gün sosial şəbəkələrdə geniş yayılıb. İngiltərəli ulduzun bu vədini 7 il sonra yerinə yetirməsi böyük rəğbət qazanıb.

Beşiktaşın Yeni Hücumçusu Kimdir?

Karyerası ərzində "Çelsi", "Aston Villa" və "Roma" kimi mühüm klublarda çıxış edən hücumçu, xüsusilə "Roma"dakı ilk mövsümündə nümayiş etdirdiyi performansla Avropanın diqqətçəkən hücumçularından biri olmuşdu. Beşiktaş bu transferlə həm hücum xəttini gücləndirməyi, həm də beynəlxalq arenada səs salmağı hədəfləyir.

24 saat