Türkiyənin "Beşiktaş" klubu "Şalke 04" komandasının oyunçusu Taylan Bulutu transfer edərək heyətini gücləndirib.
## Müqavilə imzalandıKlub prezidenti Sərdal Adalının iştirakı ilə baş tutan imza mərasimində 19 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Müdafiəçi mövqeyində çıxış edən Taylan Bulutun komandaya faydalı olacağına inanılır.
## Klubun açıqlaması"Beşiktaş" klubundan verilən açıqlamada bu sözlər qeyd olunub: "Nəhayət, "Şalke 04" klubu ilə peşəkar futbolçu Taylan Bulutun transferi ilə bağlı razılığa gəlinib və futbolçu ilə 5 illik müqavilə imzalanıb. Klubumuzun vacib oyunçularından olacağına inandığımız Taylan Buluta "Beşiktaş" ailəsinə xoş gəldin deyir, şanlı formamızla böyük uğurlar arzulayırıq".
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz